Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bu həftə əfv sərəncamının veriləcəyi gözlənilir

 

İşçi Qrupu siyahıları Əfv Komissiyasına təqdim edib; Tofiq Yaqublunun azad olunacağı gözlənilir; Səidə Qocamanlı: “Ayın 8-9-da ola bilər…”
"Xeberinfo.com":  Bu həftə əfv sərəncamının veriləcəyi barədə xəbərlər öz təsdiqini tapmaqdadır. Doğrudur, may ayının 28-də də əfv olacağı yayılan xəbərlər sırasındadır. Amma mərhum prezident Heydər Əliyevin mayın 10-da doğum günü olduğunu nəzərə alsaq, bu həftə daha inandırıcı görünür.
Əfvin daha geniş olacağı bildirilir. Xüsusilə, prezidentə müraciət edən siyasilərin hamısının azad olunacağı gözlənilir. Əfv olunanlar sırasında qızını vaxtsız itirən Müsavat başqanının müavini Tofiq Yaqublunun olacağı da deyilir.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı mütləq əfv sərəncamının veriləcəyini bildirdi: “Bu həftə əfvin olacağını dəqiq söyləmək mümkün deyil. Amma mütləq olacaq. Ayın 28-də də gözlənilir. Bilmirəm hansı gün veriləcək. Bu ayın 8-9-u da ola bilər. Çox böyük gözləntilərim var. İnanın ki, ay ərzində 70-80 şikayət daxil olur. Onların hamısına baxılır. Qısa vaxt kəsiyində müraciət edən hər bir vətəndaşın ərizəsinə baxılıb. İnanıram ki, İşçi Qrupunun əfvlə bağlı müraciəti cavabsız qalmayacaq. Bizi narahat edən bir çox insanların taleyi həll olunacaq”.
Hüquq müdafiəçisi əfv yazanların şansını daha yüksək qiymətləndirdi: “Maddəyə uyğun gələn məhbuslara əfv şamil olunacaq. Əfv yazanlar ilk növbədə azadlığa buraxılmalıdır. Aktın özü əfvdir. Əgər məhbus əfv xahiş edirsə, hesab edirəm ki, insanpərvərlik nöqteyi-nəzərindən xahiş qıraqda qalmamalıdır”.
Səidə Qocamanlı əfv yazmayan Tofiq Yaqublunun məsələsinin başqa olduğunu da qeyd etdi: “Tofiq bəy istisnadır. İnanıram ki, o, qısa zamanda ailəsinə qayıdacaq. Baş verən məlum faciəni ailəsi ilə birlikdə yaşayacaq, yükü çiyinlərində çəkəcək. Həyat belə gətirdi. Onunla bağlı İşçi Qrupu olaraq, dövlət başçısının qarşısında vəsatət qaldırmışıq. İnanıram ki, vəsatətimiz diqqətdən kənar qalmayacaq”.
Hüquq müdafiəçisi İşçi Qrupunun hazırkı fəaliyyətindən də danışdı: “Gələn həftə quruma daxil olan hüquq müdafiəçiləri yenidən toplanacaq. Şikayətlərlə bağlı müraciətlər qəbul edəcəyik, vəsatətlər qaldıracağıq. Bu işləri də hər gün edirik. Yükü çiynimizə götürmüşüksə, çəkməliyik. Əfvlə bağlı siyahılarımızı artıq Əfv Komissiyasına təqdim etmişik”. (musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam