Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BŞBPİ rəisinin sıra baxışı-Fotolar

 

Bakıda keçiriləcək birinci Avropa oyunları ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib.

"Xeberinfo.com":  Məlumata görə, tədbir yol polisləri sırasında nizam-intizam qaydaları gücləndirmək, ictimai asayişin qorunması və xidmət intizamının möhkəmləndirilməsi məqsədi ilə keçirilib. Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

Tədbir zamanı əvvəlcə BŞDYPİ-nin rəisi N.Səfərov BŞBPİ-nin rəisi M.Seyidova şəxsi heyətin sıra baxışına tam hazır olması barədə raportla məruzə edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. BŞBPİ-nin rəisi M.Seyidovşəxsən sıraları gəzərək şəxsi heyətlə, həmçinin yol polislərinin geyim qaydaları ilə yaxından tanış olub.

Təntənəli marşın sədaları altında əvvəlcə BŞDYPİ-nin şəxsi heyəti, daha sonra yol patrul avtomobilləri və motosikletləri fəxri tribunanın önündən keçib. Tədbirdə çıxış edən BŞBPİ-nin rəisi M.Seyidov yol polislərinə xidməti işlərində uğurlar arzulayıb və onları məsul işlərində daim nizam-intizamlı olmağı tapşırıb. BŞBPİ-nin rəisi M.Seyidov sıra baxışını ümumilikdə qənaətbəxş hesab edərək yol polislərinə öz məsləhət və tövsiyələrini verib./anspress/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam