Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Apteklərdə əhaliyə keyfiyyətsiz dərmanlar satılmamalıdır"

 

Azərbaycana keyfiyyətsiz dərmanların necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır.
"Xeberinfo.com":  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev nazirlikdə dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi və bu sahədə ortaya çıxan digər problemlərin araşdırılması, aradan qaldırılması məqsədilə nazirlikdə keçirilən iclasda deyib.
Nazir bildirib ki, ölkəmizə gətirilən və əhaliyə satılan dərman preparatlarının keyfiyyətinə nəzarət sahəsində müəyyən çalışmazlıqlar var.
Nazir bundan sonra dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndiriləcəyini qeyd edib: “İnsanları aldatmaq olmaz. Apteklərdə əhaliyə keyfiyyətsiz dərmanlar satılmamalıdır. Təəssüf ki, bəzi insanlar xarici ölkələrə gedərkən özlərinə və ya yaxınlarına lazım olan dərman preparatlarını oradan alıb gətirirlər. Ona görə yox ki, həmin ölkələrdə dərmanlar daha ucuzdur. Çünki insanlar Avropa ölkələrindən aldıqları dərmanlann təsirinin Azərbaycanda satılanlardan daha effektli olduğuna və onların keyfiyyətinə inanırlar. Bu sahədə işimizi daha da möhkəmləndirməliyik ki, belə hallarla qarşılaşmayaq”.
O.Şirəliyev bu sahədə problemlərin aradan qaldırılması üçün işin iki istiqamətdə qurulmasının zəruriliyini qeyd edib: “İlk istiqamət ölkəyə gətirilən bütün dərman preparatlarının laborator tədqiqatının yüksək səviyyədə həyata keçirilməsidir. Ekspertiza Mərkəzində dərmanların kimyəvi tərkibi yoxlanılır. Ancaq onların bioekvivalent gücünü, təsirini öyrənmək çox mürəkkəb məsələdir. Həmin tədqiqatın aparılması üçün böyük vəsait lazımdır, ancaq bu məsələnin də həlli yolunu tapacağıq. İkinci istiqamət isə dərmanlann keyfiyyətinə yerlərdə nəzarətin gücləndirilməsidir. Biz çalışacağıq ki, Analitik Ekspertiza Mərkəzinin işçilərinə ölkəmizdə fəaliyyət göslərən 700-ə qədər aptekin hər birində dərmanların keyfiyyətini araşdırmaları üçün imkan yaradılsın. Keyfiyyətsiz dərmanların ölkəmizə necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır. Azərbaycanda da Avropa ölkələrində olduğu kimi ən keyfiyyətli dərmanlar satılmalıdır. Bunun üçün hər cür imkanlarımız da var”.
O.Şirəliyev deyib ki, dərman preparatlarının qiymətinə nəzarət sahəsində problemlər qısa müddətdə həll ediləcək. Nazir dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənəcəyini, bu isliqamət üzrə vahid qiymət siyasətinin həyata keçiriləcəyini söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam