Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Dünya xoşbəxtlik hesabatın"da Azərbaycan 80-ci yeri tutur

 

2015-ci il üzrə dünya ölkələrinin növbəti xoşbəxtlik indeksi açıqlanıb

 

"Xeberinfo.com":  BMT-nin “Davamlı inkişaf həlli şəbəkəsi”nin aprelin 23-də yaydığı "Dünya xoşbəxtlik hesabatı"na görə, Azərbaycan 158 ölkə arasında 80-ci yerdə gəlir.
Azərbaycan bu hesabatda qonşuları Gürcüstan, Ermənistan və İranı qabaqlayıb. İran siyahıda 110-cu, Gürcüstan 130-cu, Ermənistan isə 127-ci yerdə gəlir. Türkiyə isə 76-cı yeri tutur.
Keçmiş sovet respublikalarından olan Özbəkistan siyahıda 44, Moldova 52, Qazaxıstan 54, Belarus 59, Rusiya 64, Türkmənistan 70, Qırğızıstan 77, Tacikistan 106, Ukrayna isə 111-ci yerdə gəlir.
Hesabata görə, 2015-ci ildə dünyada ən xoşbəxt ölkə İsveçrədir.
Siyahıda ilk "10-luğ"a İsveçrə, İslandiya, Danimarka, Norveç, Kanada, Finlandiya, Niderland, İsveç Yeni Zelandiya və Avstraliya daxildir.
Siyahının sonunda isə Ruanda, Benin, Suriya, Burindi və Toqo gəlir.
Araşdırma BMT-nin rəhbərliyi ilə Kolumbiya Universitetində fəaliyyət göstərən Yer İnstitutu tərəfindən aparılıb. Məqsəd dünya ölkələri və region sakinlərinin xoşbəxt həyatını təmin etmək üçün onların nailiyyətlərini göstərməkdir.
Burada əsasən ölkələrin iqtisadi, siyasi, sosial, səhiyyə və digər sahələrdə inkişafı əks olunur ("Azadlıq" radiosu).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam