Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Piyada keçidləri yeni qaydalar əsasında tikiləcək

Azərbaycanda piyada keçidləri yeni qaydalar əsasında tikiləcək. 

"Xeberinfo.com":  Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı parlamentdə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Qanuna 9-1-ci maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsində “Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi” adlanan əlavəyə əsasən, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin işıqforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsində göstərilir ki, avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissəsində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

Maddənin 3-cü hissəsində göstərilir ki, avtomagistrallarda yerüstü və ya yeraltı keçidlər yuxarıda göstərilənlər nəzərə alınmaqla, digər avtomobil yollarında – nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda tikilməlidir.

Avtomobil yollarında yerüstü və yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, adıçəkilən qanun layihəsi Milli Məclisin aprelin 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam