Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

XİN yazıçının adını “qara siyahı”dan çıxarıb

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Gürcüstan vətəndaşı David Turaşvilinin adının “arzuolunmaz şəxslər” siyahısından çıxarıldığını açıqlayıb.
"Xeberinfo.com":  XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Hacıyev bildirib ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək ölkənin “Dövlət sərhədi haqqında” qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan XİN-ə məktubla müraciət edib:
“Məktubda David Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. O, müstəsna hal kimi “arzuolunmaz şəxslər” siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib. David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam