Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Binəqədi rayonunda “Tarixin soyqırımı” adlı tədbir keçirilmişdir

 

 

Binəqədi rayonunda 31 mart – azərbaycanlıların soyqırımı günü münasibətilə “Tarixin soyqırımı” adlı tədbir keçirilmişdir.

 

"Xeberinfo.com":  Bu gün Binəqədi rayonunda 31 mart – azərbaycanlıların soyqırımı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Tarixin soyqırımı” adlı anım tədbiri keçirilmişdir.

YAP-ın Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə Fəaliyyət göstərən “Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksal Gülbəy, Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının vitse-prezidenti Cavidan Şərbətov, Vətəndaşların Sosial Rifahı naminə İctimai Birliyin sədri İradə Rzazadə, rayonun ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edən gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Anım tədbiri YAP-ın Binəqədi rayon təşkilatının inzibati binasının foyesində 31 Mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayiş etdirilməsi ilə başlamışdır. Soyqırımı faciələrini əks etdirən filmin nümayişi ilə davam edən tədbiri giriş nitqi ilə YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açmış, 31 Mart soyqırımı və ümumilikdə ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışmışdır.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə Fəaliyyət göstərən “Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksal Gülbəy çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs etmiş, bu məsələdə dövlətin davamlı dəstəyindən danışmışlar.

Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev 31 mart soyqırımının təkcə həmin tarixlə məhdudlaşmadığına diqqət çəkərək SSRİ dövründə də bolşevik cildinə bürünmüş və yüksək vəzifələr tutmuş erməni daşnakları repressiyalar, deportasiyalar vasitəsilə öz qanlı əməllərini davam etdirdiyini vurğulamışdır.

 

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından danışmış, bu qanlı olaylara ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirmişdir. Tarixi faktların işığında və sənədlər əsasında soyqırımı həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyi diqqətə çatdıran A.Əliyeva bu məsələdə beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd etmişdir.   




















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam