Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Məktəbləri icra hakimiyyətlərinin əsarətindən xilas etmək lazımdır” - Deputat Etibar Əliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan icra başçılarının korrupsiya və rüşvətxorluq əməllərinin içərisində təhsil işçilərinə qarşı hədə-qorxu gəlmə faktları da aşkarlanıb. Hətta YAP İcra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bunları deyib: “Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ, gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”. 

Yenixeber.org: O zaman sual olunur: Bu qədər həbslərdən sonra icra başçılarının təhsilə müdaxiləsi aradan qaldırıla bilərmi? 

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, icra hakimiyyəti orqanları orta təhsilin inkişafına həmişə mane olublar: “Biz 20 ildən çoxdur deyirik ki, məktəbləri icra hakimiyyətlərinin əsarətindən xilas etmək lazımdır. Siz gördünüzmü, həbs olunan icra hakimiyyətlərinin başçıları rayon təhsil şöbələrindən haqq alırlarmış. Özü də böyük məbləğdə. Rayon təhsil şöbəsinin müdiri isə məktəblərə tapşırıq verir ki, aylıq müəyyən olunmuş məbləği nəyin bahasına olursa-olsun, toplayıb gətirsinlər. Bunlar məktəblərdə təhsil mühitini dağıtmaqla məşğul olublar”.

Deputat icra başçılarının çoxunun məktəb direktorlarının normal işləməsinə imkan vermədiyini də vurğulayıb: “Məktəb çox həssas təsisatdır. Məktəb həyatı müəllimləri, valideynləri, uşaqları birləşdirir. Hansısa neqativ hal birbaşa təhsilin keyfiyyətinə, məktəbdə mənəvi mühitin pozulmasına gətirir. Rayon icra hakimiyyəti başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər. Sanki onların başının üstündən asılmış “domokl qılıncı” rolunu oynayırlar. Direktorlar həmişə qorxu altında olurlar. İcra başçıları müəllimləri fiziki işlərə cəlb edir. Bu isə müəllim nüfuzuna böyük zərbə vurur. Düşünürəm ki, son həbslər icra hakimiyyələrinin başçıları üçün dərs olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam