Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kurikulum ləğv olunacaq? -Təhsil Nazirliyindən açıqlama

 

“Təhsil proqramı (kurikulum) nəyi və necə öyrətməyi, həmçinin qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir. Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır”.

Yenixeber.org: Bu barədə Təhsil Nazirliyindən son zamanlar sosial şəbəkələrdə kurikulumun ləğvi və ya formatının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlarla bağlı sorğumuza cavab olaraq bildirilib.

Qeyd edilib ki, proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyil. Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir: "Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olub. Təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürüb və müvafiq proqramların hazırlanmasını tələb edib. Bu, cəmiyyətin təhsil ehtiyaclarını tənzim edən normativ sənəd kimi meydana çıxıb. Ölkədə həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır. Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir. Necə ki, hazırda ölkədə təhsil proqramları və standartlarının təkmilləşdirilməsi üzərində iş aparılır".(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam