Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər -aprelin 26-da imtahan verəcəklər

Orta ixtisas təhsil müəssisələrinə tam (11) illik orta təhsil bazasında tələbə qəbulu əvvəlki ilin məzunları üçün aprelin 26-da keçiriləcək.

Yenixeber.org: Dövlət İmtahan Mərkəzindən (DİM) saytımıza bildirilib ki, cari ilin məzunları üçün əlavə xarici dil imtahanının da aprelin 26-da keçirilməsi nəzərdə tutulur.

Kolleclərdə orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və rus dili imtahanı da aprelin 26-da keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyənləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam