Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azərbaycandilli məktəblər üçün dərsliklər Gürcüstanda nəşr olunmalıdır” –Ombudsman

Gürcüstanda Azərbaycandilli məktəblər üçün ana dili və ədəbiyyatı dərsliklərinin ölkədə nəşr olunması tövsiyə olunur.

Yenixeber.org:   Tövsiyəni Gürcüstan ombudsmanı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim edib.

Bildirilib ki, Gürcüstanda Azərbaycan, erməni və rus dillərində ana dili və ədəbiyyatı dərsliklərinin hazırlanması və nəşr olunması üzrə iş davam etdirilməlidir.

İnsan haqları üzrə müvəkkil müvafiq dərsliklərin hazırlanması ilə çoxdilli (bilinqual) tədrisin effektivliyinin artırılmasını da tövsiyə edib.

Tövsiyələrdə təhsil islahatları çərçivəsində həyata keçirilən “yeni məktəb” modelinə milli azlıqların təhsil aldığı təhsil müəssisələrinin də daxil edilməsi yer alıb.

Ombudsman Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini milli azlıqlara dövlət dilinin tədrisi üçün yüksək ixtisaslı müəllimlərin cəlb olunması və onlara lazımi əməkhaqqının ödənilməsini təmin etməyə çağırıb.

İnsan haqları üzrə müvəkkil milli azlıqlara məxsus mədəni irs obyektlərinin bərpası üçün effektiv tədbirlərin həyata keçirilməsini də vacib hesab edir.

Qeyd edək ki, bu tövsiyələr ombudsmanın 2017-ci il üzrə hesabatında da yer alıb.

Qonşu ölkənin Azərbaycandilli məktəblərini “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri ilə hər il Azərbaycanın Təhsil Nazirliyi təmin edir. 2019-2020-ci tədris ili üçün nazirlik Gürcüstana 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərib. Son 5 ildə isə Azərbaycandilli məktəblərə göndərilən dərs vəsaitlərinin sayı 81 427 ədəd təşkil edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam