Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Müəllimlərin etdiyi  biabırçılıq-FOTO

 

Müəllimlərin etdiyi  biabırçılıq

Dünən Azərbaycanda yeni tədris ilinin ilk dərs günü idi. 1 525 016 şagird təhsil müəssilərinə dərsə getdi və təbii ki, onları öz müəllimləri qarşıladı.

Yenixeber.org: Dünən dərsə gedən şagirdlərin bir çoxu gül buketləri də aparmışdılar, sevimli müəllimlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik etmək üçün...

Və həmin buketlər müəllimlərə verildi...

Amma təəssüf ki, şagirdlərinin gətirdiyi gül buketlərinə ağız büzən müəllimlər də oldu... Və elə bu səbəbədən də hövsələsizlik edib onlara təqdim olunan gül dəstələrini zibil qutularına tulladılar...

Halbuki, ən azı nəzakət xatirinə həmin buketləri evə apara, sonra heç kim görmədən ata bilərdilər... Amma bəziləri bunu etmədilər... Buketləri elə məktəbin yanındakı zibil qutusuna atdılar... Həm də hamının görə biləcəyi şəkildə, nümayişkaranə...

Yəqin ki, bəzi “pedaqoqlar” anlamadılar ki, hər valideyn üçün gül almaq asan məsələ deyil. Ən azı, bunu düşünməli və belə etməməliydilər...

Sosial şəbəkədə paylaşılan bu şəkil müəllimlərin qınağa tuş gəlməsinə səbəb olub, onların adına xoşagəlməz söz gətirib... Təəssüf...

Bütün hallarda güllərin yeri zibil qutusu deyil...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam