Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Gəncə şəhərində 3 nömrəli Peşə Litseyində müəllimlərin maaşını direktor özünə götürür -İTTİHAM 

       

 
Yenixeber.org: Gəncə şəhərində 3 nömrəli Peşə Litseyinin müəllimi Əli Şərifli yuxarı dövlət orqanlarına liseydə baş verən korrupsiya olayları barədə şikayət məktubu ünvanlayıb .Məktubun bir surəti də saytımızın elektron poçtuna göndərilib. Şikayəti təqdim edirik:
Azərbaycan Respublikasının Baş prokuroru

yanında Korrupsiyaya qarşı Mübarizə Baş

İdarəsinin Rəisi cənab Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramova

Surəti :Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifova

Hörmətli Kamran müəllim ,məlumunuz edirik ki,Gəncə şəhərində 3 nömrəli Peşə Litseyi fəaliyyət göstərir.Bu litseyin direktoru İsmayılov Fazil İsmayıl oğlu idi.1 və 2 nömrəli Gəncə Peşə məktəbinə rəhbərlik də Fazil İsmayılova həvalə olunmuşdu..Fazil Ismayılov Gəncə Dövlət Universitetinin "Ümumi texniki fənlər və əmək" ixtisasını bitirmiş və tədris emalatxanasında tədris ustası vəzifəsində işləmişdir.Bundan sonra, dosent Oqtay Məmmədliyə hazır dissertasiya işi yazdıraraq ixtisasına uyğun olmasa da belə müəmmalı şəkildə iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Bu şəxs az müddət bundan əvvəl tutduğu vəzifədən azad edildi. Məlumunuz edirəm ki,mən həmin litseyin müəllimiyəm. Bildirmək istəyirəm ki,kütləvi informasiya vasitələrində və saytlarda onun haqqında dərc olunmuş bütün yazılarda göstərilənlər hamısı faktlardır,hələ az yazılıb.

Mən daha bir faktı və videogörüntünü Sizə göndərirəm. Mən orada müəlliməm. Fazil İsmayılov mənə saat hesabı dərs verdi.Mən həmin dərsləri şagirdlərə tədris etdim.Sonra mənə 505 manat maaş yazıldı.Fazil İsmayılovun qardaşı oğlu İsmayıl İsmayılov həmin litseydə baş mühasib işləyir.O,mənə dedi ki,Fazil müəllim deyir ki,həmin mənə yazılan 505 manat maaşı mənə versin.Mən etiraz etdim,dərhal Fazil müəllimin yanına getdim.Fazil müəllim dedi ki,505 manatı verməlisən,verməsən Səni işdən azad edəcəyəm,çıx get otaqdan.Mən məcbur olub işimi itirməmək üçün həmin pulu onun qardaşı oğluna verdim və həmin videogörüntünü də Sizə göndərirəm.

Hörmətlə, ƏLİ ŞƏRİFLİ

Gəncə şəhər 3 nömrəli Peşə Litseyinin müəllimi
Qarşı tərəfi dinləməyə hazırıq!(teref.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam