Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakıda 2 məktəbdə - bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub

Bakıda iki orta məktəbin 11 a və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.

Yenixeber.org:  Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.

Məzunlardan 8 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 B sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.

Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb.

Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 bal arası nəticə göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam