Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Gəncə Dövlət Universitetinə çamur atanların nəzərinə-məsuliyyətsiz populizmdən uzaq olun

 

Yenixeber.org: Gəncə Dövlət Universiteti ölkəmizin nüfuzlu təhsil ocaqlarından biridir. Kimya elmləri doktoru, professor Yusif  Yusibovun  rəhbərlik etdiyi təhsil ocağında yüksək ixtisaslı pedaqoji kollektiv, sağlam tələbə-müəllim münasibətləri, şəffaf  imtahan prosedurları formalaşıb.
Bu baxımdan bir məqamı xatırlatmağa ehtiyac duyulur ki, Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək üçün mətbuat nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Elə bu faktın özü də universitetin mətbuata və ictimaiyyətə nə qədər açıq olduğunun təsdiqidir.
Media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə 500 nəfər tələbənin biliyinin eyni vaxtda yoxlandığı  yazılı imtahan prosesini izləyiblər. Bildirilib ki, ümumilikdə altı min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, şifahi formada, test üsulu və qabiliyyət üzrə olmaqla fevralın 1-dək davam edəcək. İmtahan sessiyasının  mövcud  normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlananadək materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədilə tələbə təşkilatlarının Valideyn Assosiasiyasının üzvlərinin imtahanın keçirilməsində iştirakı təmin edilib.
Ümumiyyətlə, GDU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün operativ qərargah fəaliyyətə başlayıb.
İmtahan prosesinin start götürməsindən sonra isə bəzi bədxahlar müxtəlif media orqanlarına danos tipli materiallar göndərməklə, bulanlıq suda balıq tutmaq sevdasına düşüblər. GDU-da imtahan prosesini məqsədli şəkildə ləkələməyə hesablanmış həmin materiallarda konkret heç bir fakt göstərilmir, ümumi sözlərlə universitetin artan ictimai nüfuzuna zərbə vurmağa çalışılır. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, imtahan prosesi şəffaflığı ilə seçilib və prosesi həm media orqanları, həm də Təhsil Nazirliyinin nümayəndələri canlı şəkildə izləyiblər.

Məntiqlə düşünək: İmtahanlarda hansısa neqativ hallar baş versəydi, bunu prosesi canlı şəkildə izləmiş mətbuat və Təhsil Nazirliyinin əməkdaşları görməyə bilərdimi?

Məsələnin anlaşılmaz olan tərəfi də odur ki, anonim danosçular yazdıqları şikayətdə bircə dənə də olsa konkret fakt göstərməyib, suallara düzgün cavab vermiş hansı tələbənin kəsilməsinə dair bircə ad belə çəkə bilməyiblər. Yazılanlar yalnız ümumi sözlər, məsuliyyətsiz populizmdən ibarətdir.

Həmin materialla tanışlıqdan sonra belə qənaət hasil olur ki, guya imtahanlardan heç kim kəsilməməli imiş. Belə bir qayda varmı? Cavab kağızını nəzarətçilərə bir cümlə də yazmadan, ağ-appaq şəkildə təhvil verən tələbənin imtahanlardan kəsilməsində hansısa qanunsuzluq ola bilərmi? Bu nə məntiqdir, hamıya ucdantutma qiymət yazılacaqdısa, o zaman imtahanların keçirilməsində məntiq vardımı? Digər bir nüans isə odur ki, imtahanlarda tələbələrin böyük əksəriyyəti müsbət qiymətlər alıb, hansılar ki, həqiqətən də imtahana lazımı qaydada hazırlaşmayıbsa, yalnız onlar qeyri-kafi qiymətləndirilib. Danosçular əksini iddia edirsə, buyurub imtahanlardan kəsilmiş bircə hazırlıqlı tələbənin adını çəksinlər və elə medianın iştirakı ilə həmin tələbədən yenidən imtahan götürülsün. Təbii ki, belə bir ad çəkə bilməyəcəklər, çünki belə bir tələbə, ümumiyyətlə, yoxdur.

Sonda həmkarlarımızı özündə heç bir fakt daşımayan məlumatları araşdırmadan yaymamağa çağırırıq. Axı, bu həm də KİV haqda qanunun tələbidir.

Elçin Cavadov.

Gəncə Dövlət Universiteti, 

texnika elmləri doktoru, dosent


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam