Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

UNEC REKTORUNUN BİR ƏMRİ QALMAQAL YARATDI-YENİLƏNİR

 

 

image here


Şikayətçi müəllimlər: “Rektor Yeni il ərəfəsində özünə yaxın 1-ci sort müəllimlərə 800-1000 manat yardım, biz 2-ci sort müəllimlərə isə bir kisə soğan hədiyyə etdi”

Yenixeber.org: Redaksiyamıza Azərbaycan Dövlət İqtisad Universitetində çalışan bir qrup müəllimin adından göndərilmiş şikayətə biganə qala bilmədik. Düşünürük ki, ortada nəsə ciddi bir anlaşılmazlıq var. Belə ki, adının çəkilməsini məlum səbəbdən istəməyən bir qrup müəllimin adından redaksiyanın elektron poçtuna göndərilmiş şikayətə rektor Ədalət Muradovun 26 dekabr 2018-ci il tarixdə imzaladığı 1134/3/2018 saylı əmrinin fotosurətini də əlavə ediblər (7 vərəq). “Yeni il ərəfəsində ADİU rektoru Ə.Muradov hərəmizə bir kisə soğan hədiyyə verdi. Düşündük ki, nəsə bu bir zarafatdır. Sonra “Təzadlar” saytı yazandan sonra rektor adambaşı 100 manat Yeni il hədiyyəsi barədə əmr imzaladı. Olsun! Lakin bundan iki gün keçmiş məlum oldu ki, rektorun 26 dekabrda imzaladığı daha bir əmri var. Bu əmr isə yüzdən çox müəllimin mükafatlandırılması idi. Universitetdə “Differensial əmək haqqı” siyahısında adı keçən və hər ay 2-3 min manat maaş alan müəllimlərin hamısının adı bu dəfəki əmrdə də yer alıb. 300 manat mükafat yazılan fəhlələr istisna olmaqla. Rektorun yaxın ətrafı olan bu şəxslər indi isə 800-1000 manat mükafat alıblar. Axı biz müəllimlər də il boyu ADİU-da tələbələrə gözümüzün nurunu, biliyimizi vermişik. Rektor çıxışlarında hər dəfə deyir ki, yeni uğurlara imza atdıq. Universitetdə hamı bir komandadırsa, deməli, bizlərin də bu uğurlarda əməyi var. Yaxşı, bizim əməyimiz fəhlələr qədər də olmadı? Soğan veriləndə(!) bizi qabağa verdilər, 800-1000 manat mükafat veriləndə isə 1-ci sort müəllimlər yada düşdü! Bu nə dəcədə ədalətlidir?. Hörmətli “Təzadlar”, yeganə inandığımız sizsiniz, bir neçə qəzetə və sayta müraciət etdik, “Rektor dostumuzdur” dedilər, reaksiya belə vermədilər. Bu məsələni ictimailəşdirin, qoy yetimləri, kasıbları, köçkünləri... Yeni ərəfəsində sevindirən cənab Prezident İlham Əliyev, eləcə də hörmətli Mehriban xanım Əliyeva burada nələr baş verdiyindən xəbərdar olsun. Biz aşağılanmağımızın səbəbini bilmək istəyirik. Tanınmış, 20 ilin professorlarının adı bu mükafatlandırmada yoxdur, lakin Türkiyənin hansısa özəl universitetində oxumuş, bu gün ADİU-da rektorun sayəsində söz sahibi olan, kimlərinsə adamı olanlar... mükafat alır. Niyə belə olmalıdır???”, -yazır şikayətçilər.
Xatırladırıq ki, məsələyə aydınlıq gətirilməsi üçün ADİU-nun Mətbuat xidmətinə qeyd olunanların şərhini göndərmişik, lakin reaksiya verilmədi, ola bilər bayram günləridir deyə belə oldu. Yəqinki aidiyyəti şəxslər bu qeydləri oxuyacaqlar və ADİU rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
*** 
Xatırladırıq ki, rektor Ə.Muradovun yuxarıda mübahisələndirilən əmri belə adlanır: “Mükafatlandırma haqqında: İqtisadi məsələlər üzrə prorektorun təqdimatını nəzərə alaraq Əmr edirəm: “2017/2018-ci tədris ilinin yekunlarına əsasən UNEC-in idarə edilməsində, tədris prosesinin təşkilində, elmi-pedoqoji fəaliyyətdə, habelə tədris binalarına xidmətdə fəal iştirak etdiklərinə görə adları göstərilən əməkdaşlar aşağıdakı qaydada mükafatlandırılsınlar:”.
Siyahı tam şəkildə çap olunacaq. Lakin bir məqam diqqəti çəkir: siyahıda 600, 800-1000 manat mükafat alanlar arasında kimlərin, şikayətdə deyildiyi kimi, professor Ə.Muradova yaxın olub-olmamasını qoyuruq bir kənara, lakin digər müəllimlərin fəhlə-süpürgəçilər qədər də xidməti olmayıb bu bir ildə ki, onlara da heç olmasa 300-400 manat Yeni il mükafatı verilə bilərdi. Belə olsaydı, heç belə bir narazılıq da olmazdı.
Daha geniş yazı təqdim ediləcək.(tezadlar.az)

UNEC REKTORUNUN BİR ƏMRİ QALMAQAL YARATDI-YENİLƏNİR

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam