Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Prorektora sığınmış direktor İnşaat Kollecini necə idarə edir?

Prorektora sığınmış direktor İnşaat Kollecini necə idarə edir?

Yenixeber.org: Məlum olduğu kimi son dövrlər orta ixtisas məktəblərində də struktur dəyişiklikləri baş vermiş,madditexniki bazanın möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldəolunmuş, quruculuq işləri aparılmış, təlim–tərbiyə və təhsilin məzmununu yenidən qurmaq üçüneffektiv üsul və metodların tətbiqi önə çəkilmişdir. Artıq müxtəlif ixtisas sahələrində kadrhazırlığının keyfiyyətinin yüksəldilməsi iqtisadiyyatın inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə təkan verməkdədirƏmək və məşğulluq bazarının tədricənformalaşmağa başlaması və bu bazarın tələblərinə uyğun yeni ixtisasların yaranması iqtisadiyyatın dirçəlməsinə, xüsusi ilə texniki təmayüllü orta ixtisas təhsili müəssisələrinə gənclərin axınını gücləndirmişdir. Bütün bunlar sübut edir ki, orta ixtisas təhsili müəssisələrindəkadr hazırlığının səviyyəsi iqtisadi cəhətdən səmərəli olub və eyni zamanda, iqtisadi inkişafın tələbatını ödəməklə yanaşı, on minlərlə gəncin istək və arzularının həyata keçməsinə cavabverir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kolleci cox da böyük bir keçmişə malik deyil. Son illərdə, müasir dövrümüzün tələbləri ilə ayaqlaşa biləcək kadrların yetişdirilməsi məqsədi ilə yaradılmış bu kollecdə dizayn, menecment, nəqliyyat vasitələrinin təmiri və servisi, qaz təchizatı sistemi və avadanlıqlarının quraşdırılması və istismarı, bina və qurğuların tikintisi və istismarı, kommersiya, qaynaq metallurgiyası və texnologiyası avadanlıqlarının  istehsalı kimi vacib ixtisalar üzrə mütəxəsislər hazırlanır.

Son dövrlər İnşaat Kollecində yaranan bir sıra neqotiv hallarla bağlı redaksiyamıza daxıl olmuş  məlumatlarda  direktor Namiq Ağamalıyevi ittiham etmək absurd olardı. Namiq Ağamalıyev təhsil sistemində təsadüfi şəxs deyil  və sözügedən kollecdə  əvvəllər müşahidə olunan çatışmazlıqları ardan qaldıraraq  rəhbərlik etdiyi təhsil ocağında yüksək təhsil mühiti və hazırlıqlı müəllim kollektivi yarada bilib.

Lakin redaksiyamıza verilən  məlumatlarda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava tələbələri çox kədərləndirir. İmtahanlarda uğursuzluğa düçar olan tələbələrdən hər kəsiri “düzəltmək” üçün rəhbərlik tərəfindən müəyyən olunmuş məbləğ tələb olunur.  Verilən məlumatlarda söylənilir  ki, kurs işləri və təcrübə sənədləri də müəyyən vəsaitlər hesabına başa gəlir. Qeyd edilir ki, 50 manatdan aşağı kurs işi və təcrübə sənədi qiymətləndirilmir. İmtahan sessiyası bir tələbəyə 400-600 manata başa gəlir. Məlumata görə, kolecdə rüşvətin yığılması işində hər yerdə olduğu kimi sinif nümayəndələri vasitəçi rolu oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də ümumi məbləğdən paylarına düşəni götürüb qalan hissəni şöbə müdirlərinə verirlər. Onlar isə öz növbələrində, həmin pulları kollecin direktoru Namiq Ağamalıyevə verirləır. Təbii ki, birbaşa yox, müavini  Nicat Göyüşlünün əli ilə. Bundan əlavə, rəhbərliyin başqa dolanışıq yerlərindən biri kimi kollecdə aylığa çıxan tələbələr göstərilir.Bu baxımdan kollecdə tələbələrin dərsə davamiyyətinin də aşağı olduğu söylənilir.

Bu söylənilənlərin nə dərəcədə həqiqətə uyğun olub, olmaması barədə əvəlcədən fikir söyləmək çox çətindir.Amma digər söylənilənlərə, Namiq Ağamalıyevin Memarlıq və İnşaat Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru İsrafil Məmmədovla yaxın münasibətlərdə olmasına inanmamaq olmur. Deyilənlərə görə bir neçə il öncə sözügedən kollecdə müavin olmuş Namiq Ağamalıyevin bu vəzifəyə təyinatında da prorektorun köməyi olub. Prorektor da öz novbəsində rektor Gülçöhrə Məmmədovaya yağınlığı ilə tanınan biri olduğundan bu deyilənlərin hardasa həqiqət olduğu görsənir. Görünür İnşaat Kolecində bir sıra neqotiv hallara yol verilməsinin arxasında da məhz onlar dayanır.

Əks tərəfin də mövqeyini dinləməyə hazırıq.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam