Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ədalət Camalova 2 saylı orta məktəbi öz qanunları ilə idarə edir 

        

Ədalət Camalova 2 saylı orta məktəbi öz qanunları ilə idarə edir
Yenixeber.org: Azərbaycan müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi elm və təhsilldə də əsaslı islahatlar həyata keçirildi. Yeni inşa olunan məktəb və təhsil ocaqları gənc nəslin təlim-tərbiyəsinin inkişafına yönələn dövlət qayğısının təzahürüdür.

Mətbuatı yaxından izləyən oxucularımız yəqin ki, Xırdalan şəhər 2 saylı məktəbdə şagirdin naməlum səbəbdən pəncərədən özünü atması hadisəsini xatırlayırlar. Bununla bağlı məktəbin direktoru Ədalət Camalova mətbuata açıqlama verərək, belə halların bir daha baş verməyəcəyini bildirmişdi.

Bir müddət öncə övladları Xırdalan şəhər 2 saylı orta məktəbdə təhsil alan bir qrup valideyinlərin narazılıqları və şikayətləri səbəbi ilə məktəbə yollandıq. Məktəbin qapısından içəri girər-girməz valideyinlər giley-güzar dolu ürəklərini bizə açdılar. İlk növbədə onlar məktəbdə şagird sıxlığı səbəbindən ortaya çıxan problemlərdən söhbət açdılar. Məktəb üç min şagir üçün nəzərdə tutulduğu halda, yeddi minə qədər şagirdin məktəbdə təhsil aldığı bildirildi. Düzdür, biz pedaqoq deyilik, lakin düşünürük ki, məktəbdə dörd növbəli birinci sinif şagirdlərinin təhsilə cəlb edilməsi yanlış qurulan sistemdir

Valideyinlərin digər bir haqlı narazılıqları şagirdlərin məktəb formaları ilə bağlı oldu. Adıçəkilən məktəbdə üç övladının təhsil aldığını deyən ana, məktəb rəhbərliyini “soyğunçuluq”da ittiham etdi. Valideyinin sözlərinə görə hər tədris ilində yeni məktəbli forması alınması tələb olunur. Bu formalarsa nə az, nə çox 50 AZN-ə satılır. Məktəbli geyimlərinin direktor Ədalət Camalovanın yaxınlarına məxsus mağazadan alınması vacib şərtdir. Ən pisi də odur ki, bu məktəb geyimlərinin keyfiyyəti olduqca aşağı səviyyədədir. Başqa bir narazılığa səbəb olan fakt isə, hər ay məktəbin təmiri adı ilə şagirdlərdən yığılan pullardır. O pulların haraya sərf olunması valideyinlərə məlum deyil. Əvəzində göz önündə olan odur ki, bu qədər yığılan vəsaitlərə baxmayaraq, kanalizasiya suları birbaşa məktəbin həyətinə axıdılır və şagirdlər antisanitar vəziyyətdə burada təhsil alırlar. Hələ biz pəncərələrinin şüşələri qırıq sinif otaqlarından bəhs etmirik.

Yuxarıda qeyd etdik ki, məktəb öz imkanlarından qat-qat artıq şagird kontingentinə sahibdir. Belə bir şagird sıxlığı azyaşlıların təhsilinə, səhhətinə mənfi təsir etməklə bərabər, onların məktəbə giriş-çıxışına çətinliklər yaradır. Azyaşlı övladlarını məktəbə aparıb-gətirən valideyinlərin “Cəhənnəm qapısı” adlandırdıqları giriş qapısı həqiqətən də valideyinlərin dediklərini tam dolğunluğu ilə əks etdirir. Qapı önündə yaranan sıxlıq, azyaşlı məktəblilərin əzilərək ağlaması insanlarda aqressiya yaradır.

Sadaladığımız neqativ hallar öz yerində. Yuxarıda Xırdalan şəhər 2 saylı orta məktəbdə şagirdin intihar və ya başqa məqsədlə (bu barədə fikir söyləyə bilmərik) özünü məktəbin pəncərəsindən atması faktını əbəs yerə xatırlatmadıq. Oktyar ayında məktəbdə olduğumuz zaman həmin hadisə gözlərimiz önündə yenidən təkrarlandı. Özünü məktəbin ikinci mərtəbəsindən atmağa cəhd edən şagirdə (ehtimal ki, dəsdən qaçmaq məqsədilə) xoşbəxtlikdən sinif yoldaşları vaxtında kömək edib, pəncərədən asılı qalan məktəblini xilas edə bildilər. Bəs Ədalət Camalovanın rəhbərlik etdiyi təhsil ocağında baş verən qanunsuzluqlara niyə göz yumulur?

Olmaya valideyinlərin dediyi kimi, direktor Abşeron rayon İcra Başçısının qohumu olduğu üçün eyibləri ört-basdır edilir?

Suallarımıza aydınlıq gətirmək üçün Ədalət Camalova ilə əlaqə yaratmağa çalışsaq da o, kursda olduğunu bildirərək,suallarımızı cavablandırmaqdan imtina etdi. Biz mətbuat olaraq cəmiyyətdə baş verən nöqsanları sadəcə araşdırmaq və işıqlandırmaq səlahiyyətinə sahibik. Qanunların bizə verdiyi imkanlardan istifadə edərək, adıçəkilən təhsil ocağında baş verənləri aidiyyatı qurumların diqqətinə çatdırdıq. Qeyd etmək istəyirik ki, məqalə çapa gedənə qədər direktor Ədalət Camalovanın mövqeyini öyrənib dərc etmək mümkün olmadı.

Buna baxmayaraq, tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.(stimulxeber.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam