Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Nazir:"Azərbaycanda 6000-dən çox xarici tələbə təhsil alır"

  • Nazir: "Azərbaycanda 6000-dən çox xarici tələbə təhsil alır"

Azərbaycanda 6000-dən çox xarici tələbə təhsil alır.

Yenixeber.org: Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa"da çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, təhsilə hər il qoyulan sərmayə sonralar ölkəyə hər il 10 faiz əlavə gəlir gətirir.

C.Bayramov əlavə edib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır: "Son illərdə insanların ali təhsil almaq imkanları daha da yaxşılaşır. Azərbaycanda çox yaxşı təhsil islahatları aparılır".

Nazir vurğulayıb ki, hazırda ölkəmizdə 6000-dən çox xarici tələbə təhsil alır.

Onun sözlərinə görə, beynəlxalq təqaüdlərin sayının artması Azərbaycanda təhsil alan xarici tələbələrin sayını daha da artıracaq.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam