Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Naxçıvanlı gənclər Macarıstanda təhsil alacaqlar

    

Naxçıvanlı gənclər Macarıstanda təhsil alacaqlar
Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb.
 Yenixeber.org: Azərbaycanla Macarıstan arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığın nəticəsi olaraq 174 Azərbaycan vətəndaşı bu tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edib. Onlardan 18-i doktorantura, 134-ü magistratura, 22-i isə bakalavriat səviyyələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tələbələri imtahandan uğurla keçərək Macarıstanda təhsil almaq imkanı qazanıblar. Belə ki, Naxçıvan Dövlət Universitetinin tələbəsi Elvin Nəcəfov Esterhazi Karoli Univeristetində, “Naxçıvan” Universitetinin tələbəsi Pərviz Babayev isə Peç Universitetində biznes və idarəetmə ixtisası üzrə magistr təhsili alacaqlar.

Qeyd edək ki, Macarıstan universitetlərinin təqdim etdiyi diplomlar dünyada yüksək nüfuza malikdir.Təhsil keyfiyyəti çox yüksək olan Macarıstan Avropada əcnəbi tələbələrin ən çox seçdiyi ölkələrdəndir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam