Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Müəllimlərin işə qəbulunun üçüncü turu başlayır

Müəllimlərin işə qəbulunun üçüncü turu başlayır

Sentyabrın 22-də 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbuluna başlanılır
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, üçüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci və ikinci turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştirak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə bu prosesdə iştirak edə bilərlər.

Tədris ili ərzində ümumtəhsil müəssisələrində vakant yerlər yarandıqca İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşmiş qaydada müvafiq proses həyata keçiriləcək.

Bakı şəhərinin ümumtəhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbulu sentyabrın 23-dək davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam