Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Xaricdə ali təhsil almaq istəyənlərin nəzərinə!

Xaricdə ali təhsil almaq istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb
Yenixeber.org: Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil. Son dövrdə tələbələrimizin bir sıra xarici ali təhsil müəssisələri tərəfindən “məsafədən təhsil” adı ilə həmin ali məktəbin digər ölkələrdəki filiallarına köçürülməsi halları da aşkarlanıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, yuxarıda göstərilən təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyənləşdirilməsi (nostrifikasiyası) mümkün deyil.

Xaricdə ali təhsil almaq istəyən vətəndaşları təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa və təhsil alacaqları ali məktəbin yerləşdiyi ölkədə akkreditə olunduğuna diqqət etməyə çağırırıq.

Ölkə ərazisində tanınan əyani və qiyabi təhsilalma formaları üzrə müraciət qaydaları ilə Akkreditasiya və Nostrifikasiya İdarəsinin ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə tanış olmaq mümkündür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam