Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Şəhid adına məktəb təhlükə mənbəyidir-Ucarda

 Yenixeber.org: Redaksiyamıza Ucar rayonu Qazyan kəndinin bir qrup sakinləri tərəfindən müraciət daxil olub. Müəlliflər müraciətdə Şəhid Əziz Əliyev adına Ucar rayonu Qazyan kənd 2 nömrəli tam orta məktəbin acınacaqlı durumundan bəhs edir və problemin həllində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirlər. Mövzunun aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:   
"Bizim məktəbli uşaqlarımızın həyatları ciddi təhlükə altındadır. Şəhid Əziz Əliyev adına Ucar rayonu Qazyan kənd 2 nömrəli tam orta məktəb 1958-ci ildə inşa edilib. Məktəbdə vaxt vardı 500 nəfərdən çox şagird oxuyurdu. Məktəb qəzalı vəziyyətdə olduğu üçün valideyinlər 250-dən çox şagirdi bu məktəbdən başqasına keçirməyə məcbur olublar. Məktəbin sinif otaqlarının tavanı, döşəməsi tam yararsız vəziyyətdədir, divarları uçmaq üzrədir. Hətta məktəbdə bir neçə nəfər şagirdin ayağı aralı qalmış döşəmədən aşağı düşüb sınıb. Qışda sinif otaqları soyuq, nəm, üfünət olur. Tavandan toz tökülür deyə uşaqlar dərsdən evə gələndə paltraları çirkab içində olur. Məktəbin çöldən hasarlarını emusiya ilə rəngləib görüntü yaratmaq istəsələr də qəzalı vəziyyətdə olduğu üçün səliqəyə düşmür.Şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Hər an bu qəzalı məktəb uça bilər. Bilmirik nə edək, başqa məktəblərdə yer yoxdur həm də evimizdən çox uzaqda yerləşir. Bu barədə biz valideyinlər müvafiq orqanlara ərizə ilə müraciətlər etsək də heç bir tədbir görülməmişdir. Bəlkədə Azərbaycan Respublikasında Qazyan kənd 2 nömrəli tam orta məktəbi kimi köhnə qəzalı vəziyyətdə olan məktəb yoxdur. Biz valideyinlər mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirik ki, qəzalı vəziyyətdə olmasını nəzərə alıb, Ucar rayonu Qazyan kənd 2 nömrəli tam orta məktəbinə yeni bina  inşa edilməsinə köməklik göstərəsiniz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam