Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Beyləqan Təhsil şöbəsinin müdir müavininin "yəhudi" siyasəti -parçala və ...

 

Beyləqan Təhsil şöbəsinin müdir müavininin "yəhudi" siyasəti - parçala və...

Yenixeber.org: Artıq uzun müddətdir ki, Beyləqan Təhsil şöbəsində baş verən hadisələr mətbuatın demək olar ki, hər gün gündəm mövzusuna çevrilir. Bir müddət öncə TŞ-nin müdirəsi Xuraman Rüstəmovanın səhhətindəki problemlərlə bağlı məzuniyyətə çıxmasından sonra bu dövlət müəssisəsində baş verənlər onu göstərdi ki, vəzifələr təsadüfi adamlara verilməməlidir. Əks halda Beyləqan Təhsil şöbəsinin müdir müavini Hüsaməddin Babayevin "5 günün bəyli trilleri" kimi hadisələr baş verə bilər. 
Xatırladaq ki, Beyləqan rayon Təhsil şöbəsinin müdirəsinin məzuniyyətdə olması fürsətindən yararlanan onun müavini Hüsaməddin Babayev həmin vaxt kənd və şəhər məktəblərini “yoxlatdırmaq” planının icrasına start vermişdi . Hüsaməddin Babayev məktəblərdəki şagird və müəllim kontingentinə uyğun olaraq ona bu işdə can-başla kömək edən üç müfəttişə - Suliddin Əsgərova, Tahir Babayevə və İkram Cəlilova xüsusi tapşırıq vermişdi. "Üçlük" direktorlar üçün 300, 500 və 1000 manatlıq rəqəm müəyyən etmişdi. 
Onu da qeyd edək ki, belə xoşagəlməz hal məhz şöbə müdirəsinin səhhətində yaranmış problemlərdən, onun məzuniyyətdə olmasından sonra baş vermişdi. 
Məlumata görə, Hüsaməddin Babayevin qanunsuz göstərişlərini TŞ-nin üç müfəttişi könüllü icra edirmiş. Həmin vaxt məktəb direktorları bu “yoxlamalara” vəzifələrini itirmək qorxusu ilə açıq etiraz bildirməsələrdə, öz aralarında H.Babayevin özbaşınalıqlarından narazılıq edirdilər. Hətta bu narazılıqlar bir müddət mətbuatın gündəm mövzusu belə oldu. Rayon ərazisində təxminən 53 məktəb fəaliyyət göstərir. Həmin vaxt TŞ-nin müfəttişləri Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət üçlük Xuraman Rüstəmovanın yoxluğundan istifadə edərək kulli miqdarda pul toplamağa nail oldular. Lakin X.Rüstəmovanın məzuniyyətdən dönüşü prosesi anındaca tormozladı. Bundan sonra Hüsaməddin Babayev Bakıda yaşayan oğlunun vasitəsilə onun qanunsuz əməlləri ilə bağlı məlumatlar dərc edən saytlardan həmin məqalələri maraqların "təmin olunması" şərti ilə sildirməyə nail oldu. Lakin proses bununla da yekunlaşmadı. Rayondakı mənbədən daxil olan məlumata gprə Hüsəməddin Babayev Beyləqan Təhsil şöbəsinin sabiq müdiri Tofiq Sadıqovla birləşərək, Xuraman Rüstəmova ilə bağlı mətbuata həqiqəti əks etdirməyən informasiyalar ötürməyə başlayıb. Mənbə əlavə olaraq bildirdi ki, Tofiq Sadıqov vəzifəsndən məhz dövlət əmlakını mənimsədiyi üçün azad olunub və haqqında hələ də məhkəmə araşdırması gedir. Görəsən ona tapşırılan dövlət vəzifəsindən şəxsi məqsədləri üçün istifadə etmiş bir şəxsin fikirləri nə qədər etibarlı ola bilər? Axı bu şəxsin özü dövləti vəzifələr üçün təhlükə mənbəyidir. Ağacı öz içindən yeyən Hüsaməddin Babayev isə cəmi bir müddət öncə Beyləqan Təhsil şöbəsini Xuraman Rüstəmovanın müvəqqəti yoxluğundan istifadə etməklə xəlvət dərə hesab etmişdi. Belə olan halda Təhsil nazirlyi və digər aidiyyatı strukturlar bu cür şəxslər haqqında ciddi düşünməlidirlər. Onların qanunsuz əməlləri yalnız dövlət vəzifəsindən sui-istifadə deyil, həm də öz qara xislətlərinə uyğun olaraq vicdanlı insanlara şər-böhtan atmaqla suyu bulandırmaq, normal iş rejimini pozmaqdır. Unutmayaq ki. Azərbaycan qanunlarla idarə edilən ölkədir. Yalançı informasiyalar, şər-böhtan kampaniyaları yalnız günahkarların qorxduğu amildir. 
Mövzuya qayıdacağıq. 

Redaksiya yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırdır. (CiaNews.info)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam