Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ötən il 1831 nəfər diplom ala bilməyib -(Yenilənib)

Ötən il 1831 nəfər diplom ala bilməyib - (Yenilənib)
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində ötən il 23.174 nəfər yekun attestasiyaya buraxılıb ki, onların da 22.394 nəfəri diplom alıb.

Yenixeber.org: Bu barədə Təhsil Nazirliyinin 2017-ci ilə dair hesabatında bildirilib.
Qeyd olunub ki, digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində 4.672 nəfər yekun attestasiyaya buraxılıb. Onların 4.504 nəfəri diplom alıb. Özəl ali təhsil müəssisələrində isə yekun attestasiyaya buraxılmış 3.533 tələbədən 3.678 nəfəri diplom alıb.

Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakı filiallarında 85 nəfər yekun attestasiyaya buraxılıb və onlardan 84 nəfəri diplom alıb. Ümumilikdə ötən il 1104 tələbə diplom ala bilməyib.

Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində isə 14053 nəfərdən 13386 nəfəri, digər dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrində 2632 nəfərdən 2565 nəfəri ,özəl orta ixtisas təhsili müəssisələrində isə 1026 nəfərdən 943 nəfəri diplom alıb.

Ali təhsil müəssisələrində 1104 nəfər, orta ixtisas təhsil müəssisələrində isə 727 nəfər ötən il diplom ala bilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam