Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu müəllimlərin maaşları artırıldı– Bölgələrdə çalışan müəllimlərin maaşları isə…

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb Diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin maaşı artırılıb

Yenixeber.org: “Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2017-2018-ci dərs ili üçün 1349 vakansiya təqdim olunub. Tədris ilinin əvvəlinə 990 nəfər daimi əsaslarla işə qəbul olunub”.
Minval.info xəbər verir ki, bu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında əksini tapıb.
Hesabatda bildirilib ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 900-dən artıq müəllim işə qəbul üçün göndərilib: “2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən 04.06.2018-ci il tarixdə start verilən müəllimlərin yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 641 vakansiya təqdim olunub”.
Qeyd olunub ki, 2018-ci il yanvarın 1-dən ötən ilin aprel-may aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqısı artırılıb: “Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədə müəyyən səbəblərdən iştirak etməyən və ya öz nəticələrini yaxşılaşdırmaq məqsədilə təkrar iştirak etmək istəyən 2622 nəfər müəllim, direktor və direktor müavini diaqnostik qiymətləndirməyə qatılıb”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam