Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

2 saylı Bakı Baza Tibb Kollecinin sağalmayan“rüşvət xəstəliyi” -İTTİHAM



2 saylı Bakı Baza Tibb Kollecinin sağalmayan“rüşvət xəstəliyi”
Yenixeber.org: Son illərdə ölkədə təhsil sahəsində aparılan islahatlar özünün müsbət nəticələrini göstərməkdədir. Təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlərlə yanaşı kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Ümumiyyətlə isə kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir və bu sahədə əldə olunan uğur və nailiyyətlər təhsilmizin inkişafına böyük təkan verir. Lakin bu uğur və nailiyyətlər, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu tədris müəssisələri üçün əlçatmaz olaraq qalır.

Redaksiyamıza 2 saylı Bakı Baza Tibb Kollecində baş verənlərlə bağlı ilginc faktlar daxil olub. Məlumatlarda gələcəyin "sağlamlıq keşikçilərini” yetişdirən bu kollecin əslində özünün çox ağır "xəstəliyə” tutulduğu bildirilir. Bu xəstəlik isə yuxarıda qeyd etdiyimiz rüşvətxorluq və korrupsiya "xəstəliyidir” .

Adı çəkilən kollecdə hökm sürən ab-hava burada tədrisin müasir tələblərə cavab verməməsinə, tələbələrə gəlir mənbəyi kimi baxılmasına səbəb olur. Dərəbəylik o həddə çatıb ki, imtahanlar zamanı tələbələr ancaq necə pul tapmaq, semestri başa vurmaq haqqında düşünürlər.

Hətta imkansızlıqdan əlacsız qalan tələbə qızın smestr imtahanlarını yola vermək üçün nişan üzüyünü belə satması haqqında informasiyalar verilir.
Belə şəraitin yaranmasında kollecin direktoru Dilarə Məmmədəliyevanın “xüsusi əməyi” qeyd olunmalıdır. Məhz onun rəhbərliyi dövründə kollecdə rüşvət özünün çiçəklənmə dövrünə qədəm qoymuşdur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, imtahan sessiyaları zamanı tələbələrə əsl divan tutulur. Burada əsas meyar heç də bilik yox, tələbənin maddi durumu hesab edilir. Bir imtahan sessiyasının başa çatması hər bir tələbəyə minimum 800-1000 manata başa gəlir.

Tələbələrə təkcə imtahan sesiyası dövründə divan tutulmur. Saytımıza verilən məlumatlarda bildirilir ki, dərsdən yayınma hallarına görə də xüsusi “cəza məbləği” vardır. Ümumiyyətlə haqqını ödəyib dərsə gəlməyən tələbələr də çoxdur. Belələri direktorun “gizli qazanc” mənbəyi hesab olunur.
Kollec direktoru Dilara Məmmədəliyeva sözügedən təhsil ocağından şəxsi əmlakı kimi istifadə edir.Yaranmış vəziyyət təkcə tələbələrin deyil, müəllimlərin də narazılığına səbəb olur. Direktor kollecdə elə vəziyyət yaradıb ki, müəllimləri bir-birinə düşmən edib. Verilən məlumata görə, müəllimlərə dərslər nəyinsə müqabilində bölünür. Hansı müəllim dərs saatını çox istəyirsə, mütləq kollec direktorunu “görməlidir”. Əks təqdirdə, həmin müəllimlərin dərs saatı azaldılır. Bu da müəllimlər arasında narazılığa səbəb olur. Həmçinin hər ay müxtəlif adlar altında pul toplanması istər tələbələrin, istərsə də müəllimlərin səbrini daşdırıb”.

Kollecdə pulyığma işlərində direktorun ən güvənilən adamı Həmkarlar İttifaqının sədri Simuzər Zeynalovadır.Kollecdə aparılan bütün əməliyyatlar bilavasitə onun rəhbərliyi altında baş tutur. Direktorun "sağ əli” hesab olunan S. Zeynalova kollecdə öz həmkarlarının da sessiyada və tədris prosesində pul toplaması əməliyyatlarına rəhbərlik edir. Daxil olan digər məlumata görə isə Simuzər xanım təkcə Həmkarlar İttifaqının sədri kimi yox, həm də direktorun “media üzrə xüsusi səlahiyyətli nümayəndəsi” kimi də fəaliyyət göstərir.Mediada kollec haqqında yazılan yazıların “saf-çürük” edilməsi bilavasitə onun süzgəcindən keçir. Qısa bir araşdırma aparsaq Simuzər xanımın medyaya hansı meyarlarla yanaşdığının, hansı kriteryalarla dəyər verdiyinin şahidi olarıq.

Uzun illər kollecdə hökm sürən bu biabırçı vəziyyət haqqında isə aidiyyatlı qurumlar- konkret olaraq Səhiyyə Nazirliyi heç bir tədbir görmür. Məlumata görə nazirliyin informasiya şöbəsinin rəhbəliyi kollecdə hökm sürən bərbad vəziyyət haqqında düzgün informasiyanın şəxsən nazirə - O.Şirəliyevə çatmasına mane olurlar. Kollecdə baş verən rüşvətxorluq, korrupsiya halları məqsədlişəkildə gizlədilir. Bu “məqsədli gizlətmə”nin isə hansı anlaşma əsasında baş tutduğunu ən yaxşı maraqlı tərəflər bilirlər.

Kollecin Yasamal rayonu ərazisində yerləşməsi burada hökm sürən vəziyyətə dolayısıyla rayon rəhbərliyinin də müdaxilə etməsini zəruri edir. Çünki, burada vəziyyətbütün rayona başucalığı gətirməyəcək dərəcədə bərbaddır. Yəqin ki, icra başçısı Əziz Əzizov tezliklə kollecdə hökm sürən korrupsiya şəbəkəsinin fəaliyyətinə müdaxilə edəcək. Hələ ki, onu deyə bilərik ki, deyəsən Əziz Əzizov də sələfləri kimi Dilarə Məmmədəliyevanın əməllərinə susqunluq göstərmək niyyətindədir. Belə olduqda məhşur sual öz aktuallığını yenə də qoruyur : Nə üçün ?(milliyol.az)
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam