Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DEPUTATDAN VİTSE-PREZİDENTƏ ETİRAZ:"Bu dəyişiklik stress yaradırsa, demək ki, islahat deyil"


“İsa (İsa Həbibbəyli) müəllim siz ziyalı adamsınız. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, eyni zamanda AMEA-nın vitse-prezidentisiniz. Ancaq hazırda “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər əhali arasında stress yaradır”.

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, guya təhsillə, müəllimlərlə əlaqədar təhsil sistemində ciddi islahatlar aparılır:

“Tələb edirik ki, müəllimlər mütləq sertifikasiyadan keçməlidirlər. Hətta elmlər namizədləri, doktorları da imtahan verib sertifikasiya almalıdırlar.

Özü də 5 il müdətinə. 5 ildən sonra bu adam yenidən imtahan verməlidir axı. Həmin müəllim bu stressi yenidən yaşamalıdır. İslahat budur? Alimlər, müəllimlər arasında bu stress yaradırsa, demək ki, islahat deyil. Ümumiyyətlə, sertifikasiya nə ilə əlaqədardır? Elmlər namizədi müdafiə edib bu adı alır, elmlər doktoru imtahan verib bu sertifikatı alıb. Bəs, bu niyə yenidən imtahan verməlidir? Ümumiyyətlə, “Təhsil haqqında” qanuna edilən dəyişikliklər başa düşülən deyil”/Modern.az.

Qeyd edək ki, etirazlara baxmayaraq, dəyişikliklər qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam