Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

“Azərbaycan dili” fənni üzrə ikinci imtahanın nəticələri açıqlanıb

 

 Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da Bakı, Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri üçün ikinci dəfə “Azərbaycan dili” fənni üzrə imtahan keçirib

 
Yenixeber.org: DİM-dən  verilən məlumata görə, bu imtahanda aprelin 22-də keçirilən ilk imtahandan qeyri-məqbul qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən, elecə də elektron ərizəsini 11-30 aprel tarixlərində təsdiq edən abituriyentlər iştirak ediblər.
İmtahanın nəticələri iyunun 11-də DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1359 abituriyentdən 235 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 1124 abituriyentdən (IX sinif üzrə 233, XI sinif üzrə 891) 671 nəfəri (IX sinif üzrə 123, XI sinif üzrə 548) tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Qeyd edək ki, “Azərbaycan dili” imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına 11-13 iyun tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam