Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Təhsil Nazirliyi:Müəllimlərin əsaslı şəkildə ixtisas artırmasına ehtiyac var

 

"Müəllimlərin sertifikasiyadan keçirilməsi məsələsi qanunvericiliyə daxil edilsə də, prosesin hansı formada keçirilməsi və təşkili qaydaları ilə bağlı müzakirələr hələ başlamayıb"


Yenixeber.org:  Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, normal halda müəllim 3-5 ildən bir özünü diaqnostik qiymətləndirmədən keçirməli və nələri bacardığını müəyyən etməlidir: "Bizim baxışımız odur ki, diaqnostik qiymətləndirmə böyük ehtimalla müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq. Hazırda müəllimlər 5 ildən bir bu təlimlərdən keçir. Bu təlimlərə cəlb olunan müəllim diaqnostikadan keçiriləcək ki, ona hansı sahə üzrə kömək lazım olduğu müəyyən edilsin".
"Lakin bu gün diaqnostik qiymətləndirmə onu göstərir ki, müəllimlərimizin əsaslı şəkildə ixtisas artırmasına ehtiyac var. İxtisasartırma təlimlərinin sonunda müəllimlərin hansı bacarıqlara yiyələndiyi yoxlanılır. Artıq üç ildir ki, bununla bağlı pərakəndəlik aradan qaldırılıb. Bu müddətdə də müəllimlərə vahid sertifikatlar təqdim olunub", - o əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam