Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazirlik:Bütün lisey və gimnaziyaların I sinfinə qəbul vahid formada aparılacaq

 

 "Təhsil Nazirliyi bütün lisey və gimnaziyalara qəbulun vahid metodologiyasını hazırlayır"


Yenixeber.org:  Bunu Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, hazırda liseylərin bəzilərinə qəbul üçün 30, bəzilərinə 50 və s. balın toplanılması tələb olunur: "Bundan başqa, bəzi liseylər müsabiqəni 2 və ya 3 mərhələli təşkil edir. Lakin biz çalışırıq ki, seçim meyarları vahid formada olsun".
Nazirlik rəsmisi vurğulayıb ki, hazırda liseylər üçün müxtəlif seçim meyarları var: "Biz həmin meyarları bir-birinə uyğunlaşdıraraq vahid meyarlar tətbiq etmək istəyirik. Məqsədimiz odur ki, bütün liseylərə şagirdlərin qəbulu eyni meyarlarda olsun. Hazırda bu istiqamətdə işlər görülür. Yəqin ki, bu ildən həmin meyarları pilot kimi icra edəcəyik. Gələn ildən isə birmənalı olaraq tətbiq ediləcək. İyunun 20-ə qədər bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, Təhsil Nazirliyinin sistemindəki liseylərin 1-ci sinfinə şagird qəbulu üçün hələ 2 il əvvəl mərkəzləşmiş qaydada qəbulun aparılmasına başlanılıb. Ötən ildən başlayaraq liseylərin yerləşdiyi ərazidə yaşayan uşaqlar liseylərə müsabiqəsiz qəbul olunublar. Bu sistem bu ildə tətbiq olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam