Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“KAMRAN ƏSƏDOVUN NÖVBƏTİ ŞANTAJI” –“Bu yekəlikdə savadsızlıq olar?”

 “AzPolitika.info”nun 16 may tarixli buraxılışında “Bu dövlət qurumlarını şantaj etməkdir” sərlövhəli yazıda riyaziyyat müəllimi Sədi Heydərovun təhsil eksperti Kamran Əsədovla bağlı bəzi fikirləri dərc olunub.
Yenixeber.org: Müəllifin təbirincə desək, o, Kamran Əsədovun son zamanlar qəbul imtahanları ilə bağlı “məsuliyyətsiz çıxışlarına” etirazını bildirib. S.Heydərov bəzi təhsil ekspertlərinin savadsız fikirləri ilə cəmiyyəti çaşdırmağa çalışdıqlarını yazıb, belələrindən biri kimi “təhsil sahəsində qeyri-müəyyən biliklərə malik olan” Kamran Əsədovun adını çəkib və konkret iradlarını sadalayıb.
Qarşı tərəfin reaksiyası özünü çox gözlətməsə də, adekvat olmayıb. “AzPolitika”ya göndərdiyi və daha sonra digər saytlara da təqdim etdiyi cavab yazısında K.Əsədov S.Heydərovun fikirlərinə münasibət bildirmək əvəzinə, belə bir adamın olduğunu, yazının onun tərəfindən yazıldığını şübhə altına alıb, eyni zamanda tanınmış təhsil ekspertlərindən birini hədəfə götürərək, barəsində təhqiramiz fikirlər işlədib. Məhz bu səbəbdən də “AzPolitika” K.Əsədovun cavab yazısını yayımlamaqdan imtina edib.
Sədi Heydərov isə bu gün “AzPolitika”ya təqdim etdiyi “Kamran Əsədovun növbəti şantajı” adlı yazısına bu dəfə diplomunun fotosunu da əlavə edib.
Müəllif yazır:
 “Hörmətli redaksiya!
Adını təhsil eksperti qoymuş və təhsildən zərrə qədər başı çıxmayan Kamran Əsədovun müsahibələrinin birində işlətdiyi “Şagirdin 6-cı sinifdə əldə etdiyi biliyi ondan 5 il sonra, 11-ci sinifdə soruşanda əlbəttə ki, onun həmin mövzuya cavabvermə reallığı aşağı olacaq. DİM-in yoxladığı orta məktəb şagirdlərinin biliyi deyil, onun repetitor yanında əldə etdikləri biliklərdir” dolaşıq fikrinə münasibət bildirmişdim. Kamran Əsədov azedu.az saytında mənim barəmdə belə bir ifadə işlədib: “Sədi Heydərov adlı biri (əslində elə bir adam ümumiyyətlə yoxdur, bu tanıdığımız biridir) çox savadsızca yuxarıda qeyd etdiyimə guya etiraz edib”. Kamranın nəzərinə çatdırıram ki, o bu dəfə də böhtan atmaqla məşğuldur. Mən Heydərov Sədi Heydər oğlu 1980-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunu riyaziyyat ixtisası üzrə bitirmişəm (diplomumun surətini sizə göndərirəm) və 30 il orta məktəblərdə riyaziyyatın tədrisi ilə məşğul olmuşam. Riyaziyyatın tədrisi metodikasından 10-larla məqalə müəllifiyəm. Təhsilə aid dövrü mətbuatda çıxan yazıları izləyirəm, indiyə qədər Rusiyada təhsilə aid çıxan bir neçə jurnalın abunəçisiyəm.

Kamran Əsədov kimi “ekspert”in havadarları belə bir adamı ortaya ataraq, təhsildə su bulandırmaqla məşğuldurlar. Məni danmaq bir yana, verdiyi cavab da savadsız və naşı cavabdır. Deyir ki, “dünya təhsil sistemindən də məlumdur ki, şagirdin əldə etdiyi biliyin, yiyələndiyi informasiyanın 50 faizi qısa bir müddətdən sonra yaddan çıxır. O ki qaldı 5-6 il vaxt keçə və bu müddətdə daima onun üzərinə əlavə, yeni biliklər daxil ola”. Məgər bütün ölkələrdə uşaqları yaddaşsızlıq sindromu bürüyüb? Məktəblər bilik və informasiyanın unudulmasına çalışırlar? Bu yekəlikdə savadsızlıq olar? Mən peşəkar riyaziyyat müəllimi kimi yay tətillərində də təmənnasız olaraq şagirdlərimi düşündürən suallara cavab vermişəm. Və yeni tədris ilinin ilk aylarında ötən tədris ilinin mövzularını təkrar etməyə vaxt da tapmışam. Müəllimlərin böyük əksəriyyəti bunu edirlər.
Bu binəva ekspert hardan bilir ki, Çin və fin uşaqları əldə etdiyi biliyin 50 faizini qısa bir vaxtda itirirlər? Onun yalan və böhtanları artıq beynəlxalq xarakter daşımağa başlayıb. Belə adamlar cəmiyyətdə su bulandırmaqla məşğuldurlar. Və açıq şəkildə məktəb təhsilinə kölgə salırlar”.
V.Nəsibov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam