Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

  BU DA ƏDALƏT MURADOVUN “KOMANDASI”


Xəbərin çap versiyası

image here

Və ya Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat rəhbəri Rasim Şərifov əslində kimdir?
Hörmətli redaksiya!
Biz-Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup əməkdaşları tərəfindən Sizə müraciət edirik. Məlum səbəbdən hələki adımızı yazmırıq. Lakin təqdim etdiyimiz faktlar dəqiqdir… 

Yenixeber.org: Biz, İqtisad Universitetinin əməkdaşları, mətbuatda bəzi “tanınmış təhsil ekspertləri”nin, eləcə də Etibar Əliyevin… cıxışları ilə bağlı öz münasibətimizi bildirmək istəyirik. Təqdim edilən şəkildə arxa planda gizlənən universitetimizin mətbuat xidmətinin rəhbəri Rasim Şərifovdur... Məlumdur ki, mətbuat xidmətinin rəhbəri hər bir qurumun (xüsusilə də dövlət müəssisəsinin) simasıdır, həmin təşkilatın və cəmiyyətin arasında vasitəçi, körpü funksiyasını yerinə yetirir. Buna görə də belə əhəmiyyətli vəzifədə olan şəxs peşəkarlıqla yanaşı, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olmalıdır. Çox təəssüflər olsun ki, İqtisad Universitetində belə deyil və hətta deyərdik ki, rektorun ən yaxın kadrlarından olan və “tanınmış təhsil eksperti”, şantaj yazıları ilə məşhur Etibar Əliyevin dostu olan Rasim Şərifov universiteti mənəvi-əxlaqi aşıntı yuvasına çevirmişdir. İqtisad Universitetində hamı bilir ki, Rasim Şərifov hansı mənəvi dəyərlərə malikdir. Sirr deyil ki, bu “şəxs” qadın əməkdaşlara qarşı necə münasibət bəsləyir (xüsusilə də gənc xanımlara). Fəaliyyətə başlayan kimi Rasim Şərifovla bağlı Universitetimizdə baş vermiş biyabırçı və ilginc hadisə bunun sübutudur. Rasim Şərifovun universitetdə bir gənc xanım əməkdaşla olan qalmaqalına və bəlli hərəkətinə susmaq istəmirik… Universitetin mühafizəçiləri onun ADİU-nun adına yaraşmayan hərəkətini görüb və eşidib, kabinetin qapısını açaraq biyabırçı mənzərənin şahidi olmuşlar. Mühafizəçi öz vəzifə borcunu yerinə yetirərək rektorluğa bu hadisə haqqında məlimat vermişdir. Lakin nəticə nə oldu? Nəticədə - rektor günahşız xanım əməkdaşı (adını gizli saxlayırıq.RED.) işdən çıxardı, Rasim Şərifovu isə işdən qovmaq əvəzinə, hətta marketinq və kommunikasiya departamenti yaradaraq onu direktor vəzifəsinə təyin etdi. Buna nə ad vermək olar?! Bu qərar hansı mənəviyyata uyğun gəlir?! Əxlaqsızlığı müdafiə etməyin mənası nədir, bilirsiniz! İndiyə qədər Rasim Şərifov bu departamentin direktorudur və 3000 manat maaş alır və öz qanunsuz əməllərini hələ də davam etdirir (kollektivdə bunu hamı bilir...).
BU DA ƏDALƏT MURADOVUN “KOMANDASI”
Suallar yaranır: niyə rektor Rasim Şərifovu işdən qovmadı? Niyə bu haqda Elmi Şurada və yaxud iclaslarda heç nə demədi? Niyə Ədalət Muradov belə əməllərə yol verdi? Cavab: çünki Rasim Şərifovu özü İqtisad Universitetinə gətirdi və belə əhəmiyyətli vəzifəyə təyin etdi. Çünki Rasım Şərifov Ədalət Muradovun komandasının üzvüdür. Kollektivdə hamı bilir ki, Ədalət Muradov öz adamlarına dəymir, nə hoqqa çıxarsalar da onları cəzalandırmır. Cünki Rasim Şərifov Ədalət Muradovun neqativ imicini mətbuatda “təmizləməyə” çalışır və “tanınmış” ekspertlərlə sövdələşmələr bağlayır.
Hörmətli «Təzadlar»! Yekunda isə bildirmək istərdik ki, belə mətbuat xidmətinin rəhbərinin şəkildə gördüyünüz kimi yalnız belə “obyektiv”, “tanınmış” təhsil eksperti-dostları ola bilər. Xüsusilə də universitetdə formalaşmış mühiti ideallaşdırmağa çalışan, öz-özlərindən xoflanaraq hərdənbir rektorun əttökən müdafiəsinə qalxan populist və “fədakar” əməkdaşlara isə sözümüz budur ki, hamınızın bundan xəbəri ola-ola susmağınız da Rasim Şərifovun dostu olmağınız deməkdir. Bilirik, indi başlayacaqlar “bağ-belə, bostan belə” deyərək nağıl danışmağa. Amma özünüzü aldatmayın, hamı kimi siz də yaxşı bilirsiniz. Biz bu məsələyə toxunmaqla öz mənəvi borcumuzdan bir daha çıxdıq, ən azı Etibar Əliyevlər kimi Rasim Şərifovun, eləcə də Ədalət Muradov kimi elmdən, təhsildən… uzaq olan insanların dostu olmadığımızı təsdiq etdik.(tezadlar)
Redaksiyadan: Rasim Şərifovun iş telefonuna ( 12 437-10-84) dəfələrlə zəng etsək də cavab vermədi. Onunda məsələyə dair mövqeyini təqdim etməyə hazırıq.
Eləcə də bizə yazıda adı hallanan xanımın da əlaqə telefonu təqdim edilib Onun da mövqeyini öyrənməyə çalışırıq… Bizi izləyin…
Zaur

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam