Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Beyləqan Təhsil Şöbəsinin müdir əvəzi və üç müfəttişinin yoxlama rəzaləti -''P'' əməliyyatı Hüsaməddinə nələr vəd edir...

 

Beyləqan Təhsil Şöbəsinin müdir əvəzi və üç müfəttişinin yoxlama rəzaləti - ''P'' əməliyyatı Hüsaməddinə nələr vəd edir...
Yenixeber.org: Hər üç müfəttiş - Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilov "yoxladıqları" məktəblərin şagird və müəllim kollektivinin sayını nəzərə alaraq müdir əvəzinin göstərişinə əsasən 300, 500 və ya 1000 manatlıq "hörmət" tələb edirlər. Bu tələblər təhsil müdirəsinin səhhəti ilə bağlı müalicəyə getdiyi dönəmə təsadüf etməsi isə sui-istifadə hallarının mövcudluğundan xəbər verməkdədir.

Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın bir müddət əvvəl səhhəti ilə bağlı məzuniyyətə çıxmasından sonra Hüsaməddin Babayev RTŞ müdirəsinin müavini müvəqqəti olaraq onu əvəz edir. Rayon Təhsil şöbəsindəki mənbədən CiaNews.info-ya daxil olan məlumatda bildirilir ki, Hüsaməddin Babayevin şöbəyə müdir əvəzi təyinatından qısa müddət sonra, TŞ-nin müfəttişləri Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət üçlük şəhər və kənd məktəblərinin kütləvi yoxlanılmasına start veriblər. Redaksiyaya məlumat verən mənbənin bildirdiyinə görə rayon təhsil şöbəsinin müdir əvəzinin müvafiq göstərişi ilə başladılan yoxlama kampaniyası əsasən pul tələsidir. Belə ki, hər üç müfəttiş "yoxladıqları" məktəblərin şagird və müəllim kollektivinin sayını nəzərə alaraq müdir əvəzinin göstərişinə əsasən 300, 500 və 1000 manatlıq "hörmət" tələb edirlər. Məktəb direktorları Hüsaməddin Babayevin yoxlamasını öz aralarında "P əməliyyatı" adlandırırlar. Xatırladaq ki, rayon ərazisində təxminən 53 məktəb fəaliyyət göstərir. Mənbənin verdiyi məlumata görə məktəblərin böyük əksəriyyəti əsasən böyük rəqəmlərlə "qiymətləndirilir". Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Hüsaməddin Babayevin məktəb direktorlarının təbirincə desək "P əməliyyatından" rayon TŞ-nin müdiri Xuraman Rüstəmovanın xəbəri yoxdur. 

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilər.
CiaNews.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam