Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

BŞTİ-nin VI Könüllülük Proqramına start verilib

 

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən VI Könüllülük Proqramı çərçivəsində 25 nəfər könüllü fəaliyyətə başlayıb

 

Yenixeber.org: Bu barədə İdarənin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Qeyd edək ki, VI Könüllülük Proqramında iştirak etmək üçün 100-ə yaxın könüllü elektron (konullu@baku.edu.gov.az) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 54 nəfər müsahibəyə çağırılıb və 25 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 25 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrində fəaliyyətə başlayıb.

Müsahibədən uğurla keçən şəxslər BŞTİ-də 3 ay təcrübə keçəcəklər. Könüllü kimi fəaliyyətə başlayan gənclərə proqramın sonunda BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 5 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk Könüllülük Proqramında 15, II Könüllülük Proqramında 26, III Könüllülük Proqramında 35, IV Könüllülük Proqramında 42, V Könüllülük Proqramında isə 29 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam