Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

AMEA-nın Neft və Qaz İnstitutuna pilotsuz uçan aparat verilib

v

 

 

 Bu gün Yüksək Texnologiyalar Parkında (YT Park) AMEA-nın Neft və Qaz İnstitutuna elmi tədqiqat işlərində müxtəlif müşahidə və təcrübələrin aparılması üçün dron təhvil verilib

 

 

 

      Yenixeber.org:                  Akademiyadan    verilən məlumata görə, tədbirdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək son 3 il ərzində rəhbərlik etdiyi qurumda mülki və hərbi təyinatlı dronların hazırlanması istiqamətində işlərin görüldüyünü bildirib.

O qeyd edib ki, nəhayət 2017-ci ilin oktyabrından etibarən YT Parkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kütləvi seriya olan bir sıra dron modelləri hazırlanıb. O, dronların AMEA-nın elmi müəssisə və təşkilatlarının çöl şəraitində aparılan tədqiqatlarının keyfiyyətinin yüksəldilməsinə, bu sahədə işin səmərəliliyinin artırılmasına, kənd təsərrüfatında ərazinin spektral analizinin aparılmasına, müəyyən sahələrdə radiasiya və radiomaqnit şüalarının səviyyəsinin ölçülməsinə böyük töhfə verəcəyini söyləyib.

V.Babayev belə təqdimatların silsilə xarakter alacağını və AMEA-nın digər elmi müəssisə və təşkilatlarının da dronlarla təmin ediləcəklərini diqqətə çatdırıb.

Sonra YT Parkın Layihələndirmə sektorunun baş eksperti Sübahət İsgəndərov çıxış edərək dronların və pilotsuz uçan aparatların mülki sektorda istifadəsinə dair məlumat verib.

Sonda müəssisələr arasında təhvil-təslim müqaviləsi imzalanıb. Müqaviləni YT Parkın direktoru V.Babayev və Neft və Qaz İnstitutunun baş mühəndis Rauf Mukimov imzalayıblar.

 

Qeyd edək ki, YT Park rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən dünya standartlarına cavab verən çoxfunksiyalı yeni nəsil pilotsuz uçan aparatlar (dronlar) istehsal olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam