Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ağstafa Təhsil Şöbəsinin müdiri Kamran Abbasov haqqında bilinməyənlər-İDDİA

Ağstafa Təhsil Şöbəsinin müdiri Kamran Abbasov haqqında bilinməyənlər
Ağstafa rayon hal hazırki Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Kamran Yahya oğlu Abbasov barəsində Vetenperverler.az-a çox ilginc məlumatlar daxil olmaqdadır.

Yenixeber.org: Saytımızı məlumatlandıran mənbə bildirir ki, Ağstafa Təhsil Şöbəsinin müdiri Kamran Abbasov hələ Ağstafa Rayon İcra Hakimiyyətində İctimai-siyasi şöbəsinin müdiri işlədiyi dövürdə dələduzluq əməlinə görə dindirilməsi üçün Prokurorluğa çağırılıb.
Mənbə qeyd edir ki, Kamran Abbasov Gəncə şəhərində yaşayan yaxın qohumu ilə əlaqəyə girərək Ağsrafa rayon sakinin etibarından sui istifadə etməklə onun, Ağstafa Rayon Telekommunikasiya Qovşağına işə düzəltmək adı ilə xeyli miqdarda pulunu mənimsəmişlər. Aldadıldığını bilən dələduzluğun qurbanı aidiyyatı üzrə rayon prokurorluğuna müraciət edir. Şikayətlə bağlı material Ağstafa rayon Polis şöbəsinə göndərilir. Materialın araşdırılması İlkin adlı təhqiqatçıya tapşırılır. K. Abbasovun qohumu təhqiqatda verdiyi ifadəsində göstərib ki, işi düzəltmək üçün aldığı pulu rayon İcra Hakimiyyətindəki yaxın qohumu Kamran Abbasova verib. Qoumunun ifadəsinə əsasən Prokurorluğa çağırılan o zamankı Ağstafa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Kamran Abbasov Gəncədən olan yaxın qohumu ilə üzləşdirilir. Rayon Prokurorunun iştirakı ilə prokurorluqda keçirilən üzləşdirmədə Kamran Abbasovun Gəncədən olan yaxın qohumu ifadəsini təsdiq edərək aldığı pulu Kamran Abbasova verdiyini təsdiq edib. Hətta şikayətçi olan Ağstafa rayon sakini pulu məhs Kamran Abbasovu tanıyıb etibar etdiyi üçün verdiyini qeyd edib. 
O zamankı qanuni qüvvədə olan Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə ittiham irəli sürülən Ağstafa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Kamran Abbasov rayonda olan imicindən istifadə edərək məsləni ört-basdır edir. Saytımızı məliumatlandıran mənbə qeyd edir ki, şikayətçinin tələbinin ödənilib ödənilməməsi barədə ətraflı məlumat yoxdur.

P.S. O zamanlar yuxarıda göstərdiyimiz əməllərlə məşğul olan İndiki Təhsil Şöbəsinin Müdiri Kamran Abbasovun fəaliyyəti barəsində Vetenperverler.az Xəbər Portalına araşdırmaya ehtiyac duyulan ilginc məlumatlar daxil olub.
Rayon Təhsil Şöbəsinin nəznində fəaliyyət göstərən məktəblərdən hansılarda evdə təhsilə cəlb olunan xəstə uşaqlara 12- saata kimi "dərs" keçirilir?
Adı olan özü olmayan şagirdlər, müəllimlər və texniki işçilər kimlərdir??
Bu sualların cavabını axtaracağıq.
Bizi izləyin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam