Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

BŞTİ:İndiyədək Bakı məktəblərinə I sinfə qəbulla bağlı 35 mindən çox sorğu gəlib

 

 

Bakı şəhərindəki məktəblərə I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Facebook” səhifəsində müvafiq suallara cavab verilib

 

Yenixeber.org: İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun verdiyi məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılıb.

O bildirib ki, BŞTİ-nin “Facebook” səhifəsində daha çox qeydiyyat prosesi, 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbulu, mikroərazi prinsipi tətbiq olunan məktəblər, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların elektron sistem tərəfindən avtomatik I sinfə keçirilməsi, müəllim seçimi, lisey və gimnaziyalara müsabiqə yolu ilə şagirdlərin qəbulu, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Qeyd edək ki, fevralın 22-dən 2018-2019 tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində I sinfə şagirdlərin onlayn qeydiyyatı başlayıb. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə uşaqların qeydiyyatı isə martın 12-də başlayacaq. Uşaqların I sinfə qəbulu üçün valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin sistemdə qeydiyyatı sentyabrın 15-dək mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır.

Martın 2-nə (saat 17:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 35 000-dən çox sorğu yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam