Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda I sinfə getmək üçün 35 000 uşaq müraciət edib

 

 

2018-2019-cu tədris ili üçün elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün indiyədək 35 000-ə yaxın sorğu yerləşdirilib

Yenixeber.org: Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur.

B.Məmmədov deyib ki, hazırda I sinfə qəbulla bağlı elektron sistemin işində heç bir problem yoxdur və valideynlər asanlıqla sistemə daxil olaraq, sənəd qəbulu üçün müraciət də bilərlər.

Qeyd edək ki, Bakı şəhərində I sinfə qəbul üçün elektron sənədlərin qəbuluna fevralın 22-dən başlanılıb. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər.

Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu bu il ilk dəfə olaraq, elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam