Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Məcburi köçkün olan müəllimə Prezidentə müraciət etdi

 

Yenixeber.org: Redaksiyamıza "Tərəqqi" texniki-humanitar liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş Əsədova Afət Misir qızı tərəfindən şikayət məktubu daxil olub.

Şikayətiçi yazır:Mən Əsədova Afət Misir qızı 1993- cü ildən Qubadlı rayonundan məcburi köçkünəm.1996-cı ildən N. Nərimanov  rayonu “Tərəqqi” texniki–humanitar liseyində (Keçmiş 66 saylı məktəbdə) fizika müəlliməsi işləyirəm. 2006- cı ildən isə həmin liseydə təlim-tərbiyə işləri üzrə direktor  müaviniyəm. 29.12.2017-ci il tarixdə Abışov Nasim Əjdər oğlu"Tərəqqi" texniki-humanitar liseyinə direktor təyin olundu. İşə başladığı gündən bu günə qədər mənim  tutduğum vəzifədə heç bir nöqsan tapıb, mənə heç bir xəbərdarlıq etmədən 13.02.2018- ci il tarixdə ərizəmi yazıb işdən çıxmağımı tələb etdi.  Mən ərizəmdə tutduğum vəzifədən azad olunmağımı, lakin bir müəllimə kimi məktəbdə dərs yükümün saxlanılmasını göstərmişdim. O, isə mənə təzyiq edərək ərizəmi bir neçə dəfə dəyişdirməklə mənə 13.02.18- ci il tarixdən işdən azad olunmağıma dair ərizə verməyimi təkid etdi. Çox gərgin hisslər keçirərək özümdən qeyri-ixtiyari onun dediyi kimi ərizəmi yazdım. Lakin həmin ərizə mənim iradə və ifadəmi təmsil  etmir. Direktor N.Abışov elə həmin gün, həmin saatda mənim əmrimi verib və əmrin çıxarışını öz katibəsindən mənə göndərdi. Mənimlə direktor arasında heç bir şəxsi-qərəzlik olmadığı halda, mən həmin məktəbdə  müəlliməlik hüququndan məhrum olmuşam. Baxmayaraq ki, həmin məktəbdə 23 ildir müəllimə kimi çalışıram. Onu da bildirirəm ki, erməni daşnakları tərəfindən doğma torpaqlarından didərgin düşmüş, YAP-ın fəal üzvü, “ Baş müəllim”, “ Qabaqcıl təhsil işçisi”, fizika kursu kitabının müəllifi, 1981- ci ildən əmək fəaliyyətində olan müəlliməyəm.Direktor N.Abışov, ulu öndərimiz H.Əliyevin məcburi köçkünlər üçün verdiyi güzəştləri, qarşıdan gələn Prezident seçkilərinin ən fəal iştirakçısı olduğumu nəzərə almayaraq bir neçə dəqiqə ərzində mənim vəzifədən və müəlliməlik hüququndan azad etdiyi əmrin surətini mənə hədiyyə etdi. N.Abışov məktəbə direktor təyin olunduqdan sonra tez-tez belə söhbət yayırdı ki, məktəbdə mən icra məmurlarının həyat yoldaşlarını  çox asanlıqla işdən çıxarmışam.Mən indi başa düşmüşəm ki, bu nəyə işarə verirmiş. Görünür professor Nasim müəllim üçün həyat yoldaşsız, evsiz, övladsız, həyatdan  küskün bir qadını əzmək çox asan imiş.Nasim Abışov bu əməli ilə "ömürlük fəxr" edə bilər. Direktor Nasim müəllim mənə etdiyi “hədiyyə”lərlə kifayətlənməyərək, evə gedərkən məktəbin mühafizəçilərinə çox ciddi olaraq tapşırıq verib ki, sabah Afət müəllimə məktəbin  həyətinə belə buraxılmasın. Şikayətçi Mediatv.az-a bildirir ki Sabahısı gün 7:30-da mən məktəbə daxil olarkən hər gün məni hörmətlə yola salan mühafizəçilər sanki mən bir gecənin içərisində “caniyə” çevrilmiş 1 adam kimi qarşımı kəsdilər, məni içəri buraxmadılar. Bizə direktor cənabları belə tapşırıb dedilər.Bir anlığa mənə edilən bu hərəkətə görə erməni daşnaqlarının bizə etdiyi hərəkətdən heç də fərqlənnmədiyini hiss etdim. Mühafizəçilər direktor işə gələnə qədər məni qapının yanında saxladılar.Direktor gələndən sonramühafizəçi həbsxanada olan adamları yanlarında necə aparırlarsa, məni də o tərzdə direktorun otağına apardılar. Mən məktəbdə olan  əşyalarımı götürmək üçün direktordan icazə istəsəm də mənə icazə verilmədi. Mən məcburi köçgün olduğum üçün girovluq nə olduğunu çox gözəl anlayıram. Həmin an bir daha köçgünlük hissini yaşadım. Ermənidə qalan əşyalarımızı almaq mümkün olmadığı kimi məktəbdə qalan əşyalarımı götürmək mümkünsüz oldu.Məcburi köçkün və qabaqcıl müəllimə olaraq mətbuat vasitəsi ilə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm:Pozulmuş hüquqlarımın bərpa olunmasına və müəllimə kimi fəaliyyətimin davam etdirmək üçün aidiyyatı təşkilatlara lazimi göstəriş verəsiniz.(mediatv.az)

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam