Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Abituriyent seçim etməkdə sərbəst olacaq- Yeni qəbul qaydalarına şərh - VİDEO

Abituriyent seçim etməkdə sərbəst olacaq

 

 

Ali təhsil müəssələrinə qəbulu qaydalarında dəyişiklik edilib. Yeni qaydalara əsasən abituriyentlər yaz və yay qəbul imtahanlarında fərqli qruplar üzrə imtahan verə biləcəklər. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin isə qəbul imtahanında iştirakına ehtiyac qalmayacaq. Onlar buraxılış imtahanın nəticəsinə əsasən ixtisas seçəcəklər

 

Yenixeber.org: Universitetə qəbul olmaq istəyənlərin seçim imkanları artırıldı. Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni qaydalara əsasən yaz və yay qəbul imtahanlarında iştirak edən abituriyentlər fərqli qruplar üzrə imtahan verə biləcəklər.

Yəni abituriyentlər 2 imtahanda iştirak etməklə, ümumilikdə 3 ixtisas qrupuna aid olan ixtisasları seçə bilərlər.

Digər dəyişikliyə əsasən isə xüsusi qabiliyyət tələb edən ixtisasları, yəni V ixtisas qrupunu seçən abituriyentlərin qəbul imtahanda iştirakına ehtiyac qalmayacaq. Onlar buraxılış imtahanın nəticəsinə əsasən ixtisas qrupu seçəcəklər.

Qeyd edək ki, ötən illərdə xüsusi qabilliyyət tələb edən ixtisası seçmək istəyən abituriyent ödəniş edib elektron qeydiyyatdan keçdiyi halda, buraxılış imtahanında keçid balını toplamadığından, imtahanda iştirak edə bilmirdi. Bu isə abituriyyentin narazılığına səbəb olurdu.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam