Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib-BSU-da

 Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib-

 

 

 Yenixeber.org: Oktyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər kafedrası və  beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

 

   Dövlət himninin səsləndirilməsi ilə başlayan seminarda çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, oktyabrın 18-i Azərbaycan  tarixində ən əlamətdar günlərdən biridir. Rektor deyib: “Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib, dönməz və əbədi xarakter alıb, respublikamız sürətli inkişaf yoluna qədəm qoyub.  Ulu öndərin uzaqgörən siyasəti nəticəsində demokratik, hüquqi dövlətçilik prinsipləri bərqərar edilib”.

   N.Əliyeva dünyanın bütün xalqları kimi, Azərbaycan xalqı üçün də əvəzolunmaz nemət olan müstəqilliyin Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam üetdirildiyini diqqətə çatdırıb. “Torpaq dirçələndə bərəkət olar, insan dirçələndə hürriyyət olar, Vətən dirçələndə səadət olar!” deyən Nurlana Əliyeva bu gün Azərbaycanda hökm sürən sabit həyat şəraitinə görə xalqımızın əbədiyaşar Ulu öndər Heydər Əliyevin ruhu qarşısında daim borclu olduğunu vurğulayıb. N.Əliyeva daha sonra qeyd edib: “Dünyada baş verən mənfi hadisələr bizə bildirir ki, biz strateji, siyasi-iqtisadi, həm də mədəni sahələrdə bir olmalıyıq. Müstəqillik üçün milli oyanış, milli dərketmə son dərəcə vacibdir”.

Bu gün Azərbaycanın mədəni inkişafından, iqtisadi gücündən  xəbər tutub ökəmizə axın edən əcnəbi vətəndaşların Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiklərini bildirən N.Əliyeva xalqların birliyi məsələsinə də toxunub. Rektor qeyd edib ki, hazırda Bakı Slavyan Universitetinin 6 tələbəsi Soçidə beynəlxalq festivalda iştirak edir. O, bunun dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdıraraq müstəqillik yolunda gəncləri mübariz olmağa çağırıb. Müstəqillik bayramı münasibəti ilə hər kəsi təbrik edən Nurlana Əliyeva ölkəmizin müstəqilliyinin daim olmasını arzulayıb, xalqımızı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə səsləyib.

   Sonra Dövlət Müstəqilliyi Gününə həsr olunmuş film nümayiş olunub.

  Nümayişin ardından Beynəlxalq münasibətlər kafedrasının dosenti Ləman Qarayeva “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” adlı məruzə ilə çıxış edib. O, məruzəsi zamanı Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş slaydı iştirakçılara təqdim edib.

 Beynəlxalq münasibətlər kafedrasının dosenti Zümrüd Məlikova “Müstəqil Azərbaycan dövlətçiliyində Heydər Əliyev fenomeni” adlı məruzəsində müstəqilliyin əldə olunması yolunda əvəzsiz xidmətləri olan dahi Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slaydı təqdim edib.

 Sonda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin II kurs tələbəsi Alina Qulinanın “Müstəqil Azərbaycanın inkişaf dinamikası və Azərbaycan gəncliyi” adlı çıxışı dinlənilib. O, Azərbycanda gənclərə verilən önəmin, onlara təhsil sahəsində göstərilən diqqətin, perspektivli gənclər üçün yaradılan şəraitin Azərbaycan dövlətinin gənclər siyasətinin əsas prinsiplərindən olduğunu bildirib.

 

Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib-
Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib-
Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib-

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam