Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Nərimanov rayonunda... “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib- FOTOLAR

 

 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib

 

4 oktyabr tarixində Nərimanov Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirildi. Keçirilən tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, AMEA-nın professoru Rəna Mirzəzadə, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının sədri, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, rayonun səhiyyə, təhsil müəssisələrinin, ictimai birliklərin nümayəndələri, fəal gənclər iştirak etdilər.

İradə Mahmudova tədbiri açaraq dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verildiyini və layihə çərçivəsində keçiriləcək görüşlərdə gənclərin, qadınların, xüsusilə, gənc ailələrin, sosial iştirakçılığı zəif olan insanların cəmiyyətdə aktual olan mövzular ətrafında sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatların əldə edəcəyini bildirmişdir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva təqdimat ilə çıxış etdi. Natiq çıxışında “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirilən tədbir haqqında ətraflı məlumat verdi və bildirdi ki, bu gün cəmiyyətimizdə bu mövzu olduqca əhəmiyyət kəsb edir. Sonra çıxış edən natiqlər bildirdilər ki, belə mövzular ətrafında bu cür tədbirlərin keçirilməsi və maarifləndirmə işləri aparmaq olduqca vacib məsələlərdən biridir.

Sonra məruzələr ətrafında fəal gənc Arzu Cəfərzadə, Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Həmid Cəfərov, din xadimi Adil Hüseynov milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışdılar. Tədbir yekunlaşdıqdan sonra qonaqlar Nərimanov Rayon İcra Hakimiyyətinin kiçik zalında “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırladığı təlimə baxdılar.

 

 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib

 

 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib
 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib
 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib
 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib
 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib
 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib
 “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam