Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakıda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib- FOTO

 

 

Bu gündən Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci tədris ili üzrə məşğələlərə start verilib.

 

Yenixeber.org: Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar 20 nömrəli məktəb-liseydə keçirilən tədbirdə idarənin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova bildirib ki, bu tədris ili üçün BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində yaradılan 850-dən artıq məktəbəhazırlıq qrupuna 22 mindən çox uşaq müraciət edib.

 

Onun sözlərinə görə, bu qrupların məqsədi uşaqların tədrisə hazırlıqlı başlamaları, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir: “Bu il paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki hazırlıq qruplarına daha çox uşaq cəlb edilib. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib”.

 

Qeyd olunub ki, qruplarda təhsil alanlar üçün ev tapşırığı nəzərdə tutulmur və onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur. 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam