Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib

 

Yenixeber.org: Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Belə ki, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 390, 500-700 arası bal toplayan 1500 nəfər Bakı Dövlət Universitetini seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir. Qeyd edək ki, bu göstərici ötən tədris ili ilə müqayisədə 204 nəfər çoxdur. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçimi də BDU olub. Riyaziyyat, Hüquq, Azərbaycan dili və ədəbiyyatı, Tarix, İqtisadiyyat, Dövlət və ictimai münsibətlər ixtisaslarına 500-dən yuxarı bal toplayanlar qəbul olub. Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 22 mindən çoxdur. Bu tədris ilində BDU-nun SABAH qruplarında təhsil alan tələbələrin sayı 172 nəfərdən 250 nəfərə qədər yüksəlib. Eyni zamanda, bu il SABAH qruplarına 10 ixtisas üzrə qəbul aparılıb ki, onlardan Psixologiya və Biologiya müəllimliyi yeni ixtisaslardır. Ümumilikdə, BDU-nun SABAH qrupları tələbələrinin sayı 595 nəfərdir.

Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş, o cümlədən 1500 nəfər professor-müəllim heyəti məşgul olur. Onlardan 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir.

Qeyd edək ki, bu il Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsində Korreksiyaedici təlim adlı yeni yeni ixtisas açılıb.

Cari ildə BDU-nun Qazax filialına 13 ixtisas üzrə tələbə qəbulu aparılıb və bu ötən tədris ili ilə müayisədə üç dəfə artıqdır. Həmin ixtisaslardan Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya biologiya müəllimliyi, Sosial iş, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi yeni ixtisaslardır. Bu il filiala Bakı şəhəri də daxil olmaqla, 54 şəhər və rayondan 400 nəfər tələbə qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 262 nəfər çoxdur. Onu da bildirək ki, ixtisas seçimində Qazax filialını 150 nəfər birinci, 76 nəfər isə 2-ci və 3-cü sırada qeyd ediblər. Ümumilikdə, filialda təhsil alan tələbələrin sayı 700 nəfərdir.

Bu il BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyindən məzun olan 46 nəfərdən 13-ü 600-dən artıq bal toplayıb. Həmin məzunlardan 7 nəfəri qızıl, 1 nəfəri gümüş medal alıb, 9 nəfər isə fərqlənmə attestatına layiq görülüb. Liseyi bitirən məzunların hamısı əvvəlki illərdə olduğu kimi, bu il də yüksək göstəricilərlə yerli və xarici universitetlərə qəbul olunublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam