Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Universitetlərə qəbul planı niyə dolmur- Yüksək təhsil haqqı, yoxsa...

 

Bu il ali məktəblərə qəbul üçün 42 806 tələbə vakansiyası təqdim olunsa da, say planına tam əməl ediləcəyi gözlənilmir.

Yenixeber.az Yenicag.az-a istinadənxəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Maraqlıdır, hansı səbəbdən tələbə planı üzrə yerlər boş qala bilər? Belə bir vəziyyətin yaranmasına təhsil haqlarının bahalığı nə dərəcədə təsir göstərir?

Bu barədə Yenicag.Az-a danışan təhsil eksperti, Turizm və Menecment Universitetinin dosenti Məhərrəm Zülfüqarlı bildirib ki, müxtəlif amil və səbəblər ali məktəblərə qəbul üzrə plan yerlərinin boş qalmasına səbə ola bilər:

“Burada sözsüz ki, ilk yerdə təhsil haqqının yüksək olması dayanır. Bir çox valideynlər yüksək təhsil haqqını ödəmək imkanında deyil. Ola bilər, ali məktəbə daxil olan uşağın oxumağa həvəsi var, amma təhsil haqqını verə bilmədiyindən sonda plan yeri boş qalır.

Başqa bir tərəfdən, elə ixtisaslar var ki, tələbələr ali məktəbi bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər. Ona görə də qəbul olunsalar da, həmin ixtisaslar üzrə təhsili davam etdirməyə həvəsli olmurlar. Eyni zamanda, tələbələr bir sıra ixtisaslar üzrə tədris edilən müəyyən fənlərlə bağlı çətinlik çəkirlər.

Məsələn, son zamanlar gənclərimiz arasında fizika, kimya və riyaziyyat fənlərinə maraq xeyli azalıb. Məhz bu amil də bəzi ixtisaslar üzrə plan yerlərinin dolmamasına gətirib çıxarır.

Ancaq bütün hallarda dövlət sifarişilə qəbul olunma prosesində dövlət özünə lazım olan ixtisaslar üzrə kəsir yaranmır. Gələcəkdə dövlətə hansı ixtisaslar lazımdırsa, daha çox məhz onlara üstünlük vermək lazımdır ki, plan yerləri indi olduğu kimi boş qalmasın”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam