Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Yunanıstanın təhsil və iş adamları Bakı Slavyan Universitetində -FOTOLAR

         Yunanıstanın təhsil və iş adamları Bakı Slavyan Universitetində -

 

      Bu gün Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsonqasın rəhbərliyi ilə bir qrup təhsil və iş adamı Bakı Slavyan Universitetində (BSU) olub.

    Yenixeber.org:  Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qarşılayaraq Yunanıstanın ali məktəbləri ilə BSU arasındakı sıx əlaqələrdən danışıb: “1999-cu ildən Yunanıstanın Afina və Milli universitetləri ilə əməkdaşlıq edirik. BSU- da  11 Avropa dövlətinin Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, onlardan biri də Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzidir. Burada 44 tələbə təhsil alır və onlara 8 müəllim yunan  dilini və mədəniyyətini öyrədir. Müxtəlif illərdə bu mərkəzin 24 tələbəsi təcrübə keçmək məqsədi ilə Yunanıstanda olub. 2001-ci ildən bəri Yunanlstanln bir çox tanınmış alimləri, professorları, ictimayi-siyasi xadimləri BSU-nun fəxri doktoru adına layiq görülüb. Yunanıstandan İndiyə qədər BSU-da olan nüfuzlu insnların  sayı 28 nəfərdir. Yunanıstan universitetləri ilə əlaqələri bundan sonra daha da inkişaf edəcək və tələbələrin yunan dilinə və mədəniyyətinə marağı getdikcə artacaq”.

Yunanıstanın təhsil və iş adamları Bakı Slavyan Universitetində -           

 Yunanıstan xarici işlər nazirliyinin keçmiş müavini, hazırda Truenique LTD şirkətinin baş məsləhətçisi Spiros Kuvelis görüşdən məmnun olduğunu bildirərək, qeyd edib ki, onların məqsədi həm BSU ilə, həm də burada fəaliyyət göstərən Yunan Tədris Mərkəzi ilə əməkdaşlığı genişləndirməkdir. Yunanıstanın “AKMİ” Təhsil Təşkilatı və onun təsisçi üzvü, Afina Paytaxt Kollecinin rəsmi nümayəndəsi Teodoros Qrassos Afinada yerləşən AKMİ-nin  7500-dən çox tələbəni özündə birləşdirdiyini bildirib və BSU ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

        BSU-nun rektoru professor N.Əliyeva təklif olunan əməkdşlığa görə təşəkkürünü bildirərək deyib: “Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzinin məzunlarının təcrübə keçməsində, işlə təmin oluhmasında müəyyən problemlər var. Biz istərdik ki, həmin tələbələr oxuduqları dövrdə, yay tətilləri zamanı, Yunanıstanın Turizm Şirkətlərində, otellərində, universitetlərində və digər müəssisələrdə təcrübə keçsinlər. Məzunlarımızın isə, həm Yunanıstanda, həm də Yunanıstanın Azərbaycandakı şirikətlərində işlə təmin olunması yunan dilinə marağı daha da artırardı”.

          Görüş zamanı razılığa gəlinib ki, verilən təkliflər xırda detallara qədər işlənsin və növbəti görüşdə hər iki tərəfi qane edən müqavilə imzalanması üçün hazırlıq görülsün.

            Sonda qonaqlar BSU-da fəaliyyət göstərən Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzi ilə tanış olub və suallarına cavab veriblər.

 

                                                        

                


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam