Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Dərsliklərdə növbəti biabırçılıq –VİDEO

Səhv məlumatlar müəllim və şagirdlərə problem yaradır.

Xeberinfo.com:   ARB-yə istinadən xəbərə görə, şagirdlər dərsliklərdə olan səhvlərdən əziyyət çəkirlər. Lövhə qarşısında müəllim bir söz deyir, kitabda isə başqa məlumat yazılıb. Arzu Yaqubova – 8-ci sinif şagirdi: “8-ci sinif kitabında səhifə 58-də qan damar sisteminin, ürəyin quruluşunun təsviri verilib. Burada biz bir deyil, daha çox səhvlərə rast gələ bilərik. Misal olaraq bu damarın adına ağ ciyər arteriyası yazıblar. Lakin bu damar yuxarı baş vena damarıdır. Buna isə orta damarı yazıblar, lakin orta damarı budur. Bu isə ağ ciyər arteriyasıdır.”


Sevil Nağıyeva uzun illərdir kimyadan dərs desə də, son 5 ildə bu problemlə rastlaşıb: “2009-cu il 8-ci sinif kimya dərsliyində səhv var. Orada atom çəkisi atom kütləsi ilə əvəz olunmalıdır”.

Eyni problem digər fənlərdə də var. Mövzuların sonunda verilən sualların bəziləri mövzuya uyğun gəlmir. Yuxarı siniflərlə yanaşı, ibtidai sinif müəllimləri də dərsliklərdən narazıdırlar. Lalə Rəhmətullayeva – ibtidai sinif müəllimi: “Birinci yarımil bitib. Çoxrəqəmli ədədin nəinki çoxrəqəmli ədədə bölünməsi, 2 rəqəmli ədədə belə bölünməsi yoxdur materialda. Bu nə deməkdir?"

Oğuz rayon sakini Ceyhun Əhmədov isə iş dəftərlərindəki yanlışlıqlardan şikayətçidir. 5 manat 50 qəpiyə aldığı vəsaitin 17 vərəqi çatmır. Ceyhun Əhmədov – valideyn: “Uşaq öyrənib gəlib. Bura çatanda görür ki, 80-ci səhifədən keçir 97-yə. Deyərsiniz ki, bu cırılıb, ya nə isə olub. Elə bir şey yoxdur. Burdan da gəlir 112-yə kimi, sonra keçir 97-yə”.

8-ci sinif biologiya dərsliyinin müəlliflərindən olan Nüşabə Məmmədova da kitabda səhvlərin olduğunu təsdiqləyir. Bu cür halların qarşısını almaq üçün yeni çap olunan dərsliklərə nəzarət artırılıb.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam