Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Sənə 2 saat vaxt verirəm tez o, yazını sil" -Məktəb direktoru sayt rəhbərini hədələdi (AUDİO)

Məktəb direktoru sayt rəhbərini hədələdi –

 

Xeberinfo.com:   Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova BakuNews.Az saytında “Təhsil Nazirliyinə qarşı İTTİHAM – Sınaq imtahanına nazirlik 6 manat yığır” başlıqlı məqaləyə görə BakuNews.az saytının təhsiscisi Mirkənan Seyidovu şantaj edərək hədələdi. BakuNews.az saytına zəng vuran Elmira Hüseynova Mirkənan Seyidovu hədələyərək bildirib ki, sənə 2 saat vaxt verirəm tez o, yazını sil.Əks təqdirdə 40 müəllim ilə birlikdə prokurorluğa müraciət edəcəm ki, sən məndən min manat pul tələb etmisən.

Əlbəttə ki, bu, sırf avtoritar düşüncəli bir nümunədir. Biz nə vaxtsa bir tədqiqat aparsaq, doğurdan da aşkar görünər ki, müəllimlər mütaliə etmir. Digər tərəfdən, müəllimlər neçə illərdir ki, attestasiyadan keçməyiblər. Onların bilikləri yoxlanılmır. Azərbaycanda attestasiyanı keçirəcək müstəqil qurum da formalaşmayıb. Başqa tərəfdən direktorların əksəriyyəti savadsızdır”.

İnsan danışarkən onun biliyi özünü göstərir. Bütün bunların nəticəsidir ki, direktor bu gün redaksiyaya zəng edib bir qəzeti təhdid edir.Daha doğrusu çümlə qurub təhdid etmək istəyir. Mən sizi tam əmin edirəm ki, məktəblərin əksəriyyətini bu səviyyədə olan adamlar idarə edir”.

Audio səs danışığına qulaq asıb,belə bir insanın təhsil sistemində qalması nə dərəcədə məntiqlidir deyə insanda sual yaranır.

Nia.az olaraq Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynovanın audio səs danışığını sizlərə təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam