Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qəbul imtahanları pullu olacaq

“İmtahanların ödənişli olub-olmayacaǧı ilə bağlı iqtisadçılar, Dövlət İmtahan Mərkəzi, Tarif Şurasının mütəxəssisləri tərəfindən birgə müzakirələr aparılıb, sənədlər hazırlanıb və Maliyyə Nazirliyinə təqdim edilib”.

Xeberinfo.com:  Bunu DİM sədri Məleykə Abbaszadə bu gün keçirilən brifinqdə deyib.

Bu işin hüquqi müstəviyə keçməsinə Nazirlər Kabinetinin qərar verməli olduğunu xatırladan M.Abbaszadə bildirib ki, imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir: “Bu barədə qərar verildikdən sonra yekun müzakirələr aparılacaq. Belə ki, dövlət başçısının Dövlət İmtahan Mərkəzi haqqında apreldə imzaladığı müvafiq fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bu proses yekunlaşdıqdan sonra artıq DİM-in yeni funksiyalarının necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Daha sonra ictimaiyyətə yeniliklər barədə açıqlama veriləcək. Bununla əlaqədar Nazirlər Kabinetinin qərarını gözləyirik”. (lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam